SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvan Müəllimlər İnstitutunda Tələbə Elmi Cəmiyyətinin XX yekun konfransı öz işini videobağlantı formatında başa vurdu

Naxçıvan Müəllimlər İnstitutunda Tələbə Elmi Cəmiyyətinin XX yekun konfransı öz işini videobağlantı formatında başa vurdu
22-05-2020, 19:35

22 may 2020-ci ildə Naxçıvan Müəllimlər İnstitutunda Tələbə Elmi Cəmiyyətinin (TEC) videobağlantı formatında XX yekun konfransı keçirilmişdir.

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, konfransda Naxçıvan Müəllimlər İnstitutunun professor-müəllim heyəti və tələbələr iştirak etmişlər. Konfransın plenar iclasını giriş sözü ilə Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov açaraq bildirmişdir ki, dövlətimizin diqqət və qayğısı nəticəsində respublikamızda fəaliyyət göstərən digər təhsil müəssisələri ilə yanaşı, Naxçıvan Müəllimlər İnstitutu da güclü maddi texniki bazaya malikdir. Bu isə tədris prosesi ilə yanaşı, tələbələrin elmi tədqiqat işi ilə məşğul olmaları üçün imkanlar yaradır və TEC-in yekun konfransının mövcud şəraitlə əlaqədar olaraq onlayn keçirilməsini təmin edir. Azad Novruzov vurğulamışdır ki, institutumuzda fəaliyyət göstərən TEC tələbələrin elmi potensialının üzə çıxarılmasında, onların elm sahəsində fəallığının istiqamətləndirilməsində mühüm rol oynayır. Rektor konfransda və bölmə iclaslarında məruzə ilə çıxış edəcək tələbələrə uğurlar arzulamış və TEC xətti ilə yerinə yetirilən ən yaxşı beş işin institutun Elmi əsərlər jurnalında nəşr olunmasını tövsiyə etmişdir.

         Plenar iclasda Naxçıvan Müəllimlər İnstitutunun Elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Qurbanlı çıxış edərək 2019/2020-ci tədris ilində tələbələrin elmi-tədqiqat işinin təşkili ilə əlaqədar institutda görülən işlər haqqında məlumat vermişdir. O, qeyd etmişdir ki, bugünkü tanınmış elm xadimləri və pedaqoqların alim-ziyalı kimi yetişməsində özünəməxsus rola malik olan TEC institutumuzda öz işini uğurla davam etdirir. Ümumilikdə, kafedralar üzrə 180 nəfər tələbə elmi-tədqiqat işi yerinə yetirmişdir.

         Konfransın plenar iclasında tələbələrdən Xavər Rzayeva və Həcər Məmmədova məruzələrlə çıxış etmişlər.

Plenar iclasdan sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib. Yekun iclasda bölmə rəhbərlərinin hesabatları dinlənilmiş, qaliblərin mükafatlandırılması baş tutmuşdur. Fərqlənən məruzələr seçilərək çapa göndərilmişdir.

 

Naxçıvan Müəllimlər İnstitutunda Tələbə Elmi Cəmiyyətinin XX yekun konfransı öz işini videobağlantı formatında başa vurdu

Naxçıvan Müəllimlər İnstitutunda Tələbə Elmi Cəmiyyətinin XX yekun konfransı öz işini videobağlantı formatında başa vurdu
Naxçıvan Müəllimlər İnstitutunda Tələbə Elmi Cəmiyyətinin XX yekun konfransı öz işini videobağlantı formatında başa vurdu
Naxçıvan Müəllimlər İnstitutunda Tələbə Elmi Cəmiyyətinin XX yekun konfransı öz işini videobağlantı formatında başa vurdu

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930