SON DƏQİQƏ

00:06 - Günün qoroskopu

23:47 - Azərbaycan karateçisi ermənini məğlub edərək qızıl medal qazanıb

23:19 - Böyrəkləri təmizləyən ən təbii müalicə üsulları

22:47 - Şahbuz Rayon Uşaq Musiqi Məktəbində dəyirmi masa keçirilib

22:30 - “Əsrin müqaviləsi”nin 25-ci ildönümü münasibətilə konsert keçirilib

22:08 - 349 müəllimin qatılacağı stajkeçmə xidməti keçiriləcək

21:46 - ABŞ kosmosa silah yerləşdirir

21:24 - Cahan Holdinq Kommersiya şirkətləri ittifaqının Naxçıvan Avtomobil Zavodu yeni sorğu kompaniyayasına start verib

21:09 - Dövlət başçısı: "Bu gün Azərbaycanın neft-qaz sektoru öz yeni inkişaf dövrünü yaşayır"

20:59 - Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib - YENİLƏNİB-3

20:32 - Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir

20:32 - Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir

20:13 - Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən bağlardan toplanan alma rayon ərazisindəki hərbi hissəyə təhvil verilib

19:51 - Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Sabir Məmədovun fərdi yaradıcılıq sərgisi açılıb - FOTO

19:39 - Maykl Pompeo Prezident İlham Əliyevi təbrik edib

naxcivanxeberleri.com

Naxçıvan Müəllimlər İnstitutunda pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib-FOTO

Naxçıvan Müəllimlər İnstitutunda pedaqoji təcrübənin  başlanğıc konfransı keçirilib-FOTO
18-02-2019, 18:16

Naxçıvan Müəllimlər İnstitutunda Riyaziyyat və İnformatika müəllimliyi, İbtidai sinif müəllimliyi və Məktəbəqədər təlim və tərbiyə ixtisasında oxuyan tələbələrin pedaqoji təcrübəsinin başlanğıc konfransı kecirilib.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, konfransda Naxçıvan Muxtar Respublikasının Təhsil Naziri və nazirliyin əməkdaşları, Naxçıvan şəhər İcra başçısının müavini, pedaqoji təcrübə keçiriləcək məktəblərin direktorları, metodist müəllimlər və tələbələr iştirak ediblər.
Konfransı institutun rektoru Elbrus İsayev açaraq, tələbələrin təcrübə müddətində görəcəyi işlərdən ətraflı danışmışdır. Qeyd etmişdir ki, 2018-2019-cu tədris ilinin ikinci yarısında 184 tələbə Naxçıvan şəhərinin məktəblərində və uşaq bağçalarında pedaqoji təcrübədə olacaqlar. Təcrübə zamanı İKT-nin imkanlarından geniş istifadə olunmalı, tərbiyəvi tədbirlərin təşkilinə mühüm əhəmiyyət verilməli və pedaqoji təcrübənin keçiriləcəyi müddət ərzində məktəblərdə pedaqoji təcrübənin gedişi müntəzəm müzakirə olunmalıdır.
Naxçıvan Muxtar Respublikasının Təhsil Naziri Rəhman Məmmədov çıxışında bildirmişdir ki, pedaqoji hazırlığın ən vacib sahələrindən biri pedaqoji təcrübədir. Pedaqoji təcrübə prosesində tələbələrin ali məktəblərdə aldıqları bilik dərinləşir, möhkəmlənir, tələbələr pedaqoji iş sahəsində yeni bacarıqlara yiyələnirlər. Vurğulanıb ki, mütəxəssis hazırlığı məhz praktik yolla başa çatır. Nəzəri biliklər pedaqoji təcrübə müddətində əməli icra oluna-oluna mənimsənilir. Bu yolla pedaqoji təfəkkür, pedaqoji qabiliyyət formalaşır ki, pedaqoji səriştənin bacarıq halında möhkəmlənməsinə səbəb olur. Pedaqoji təcrübə kadrları bir mütəxəssis kimi formalaşdırır. Nazir qeyd edib ki, pedaqoji təcrübə müddətində tələbələr Naxçıvan şəhərinin məktəblərində pedaqoji prosesi əyani şəkildə öyrənir, bilik və peşə bacarıqlarına yiyələnmələri üçün onlara yüksək dövlət qayğısı göstərilir.
Konfransda institutun prorektoru Azad Novruzov “Pedaqoji təcrübənin əhəmiyyəti və tədris planında yeri”, İstehsalat təcrübə rəhbəri Təranə Əliyeva “Pedaqoji təcrübənin təşkili ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr haqqında”, Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Çapay Quliyevin “Pedaqoji təcrübə zamanı pedaqoq, psixoloq və təcrübəçi tələlbələrin qarşısında duran vəzifələr haqqında” məruzələr etmişlər
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.Pedaqoji təcrübənin işinə uğurlar arzulanıb.
Konfrans başa çatdıqdan sonra Naxçıvan Muxtar Respublikası Təhsil nazirliyi tərəfindən instituta hədiyyə edilən dərslik və metodik vəsaitlərdən ibarət sərgiyə baxış keçirilib.
Naxçıvan Müəllimlər İnstitutunda pedaqoji təcrübənin  başlanğıc konfransı keçirilib-FOTONaxçıvan Müəllimlər İnstitutunda pedaqoji təcrübənin  başlanğıc konfransı keçirilib-FOTO

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30