SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universiteti və Gəncə Dövlət Universitetinin əməkdaşları arasında onlayn seminar treninq keçirilib

Naxçıvan Dövlət Universiteti və Gəncə Dövlət Universitetinin əməkdaşları arasında onlayn seminar treninq keçirilib
22-05-2020, 16:38

Gəncə Dövlət Universitetinin professoru Vaqif Novruzov Naxçıvan Dövlət Universiteti tələbələri üçün onlayn seminar keçib.

Naxçıvan Dövlət Universiteti Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin “Botanika” kafedrası ilə Gəncə Dövlət Universitetinin əməkdaşları arasında onlayn seminar treninq keçirilib.

 

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, seminarı giriş sözü ilə açan universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov bu cür seminarların təşkilinin artıq universitetdə bir ənənə halı aldığını qeyd edib. Prorektor hər kəsi salamlayıb, seminarın işinə uğurlar arzulayıb.

 “Göbələklərin canlı sistemdə yeri, mövqeyi və təsnifatı” mövzusunda seminarı Gəncə Dövlət Universitetinin “Botanika” kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Novruzov keçib. Qeyd edilib ki, heterofil orqanizmlər olan göbələklər canlı sistemdə ayrıca aləm təşkil edirlər. Bildirilib ki, göbələklər canlıların böyük qrupu olub, 100000-dən 250000-ə qədər nümayəndəni cəmləyir. Vurğulanıb ki, göbələklərin insan həyatında rolu böyük­dür, onlar insan üçün bir çox bioloji aktiv maddələrin sintezində yaxından iştirak edirlər. Göbələklərin ən böyük rolu tibb aləmindədir. Bununla bərabər göbələklər fizioloqların, genetiklərin, biofiziklərin və  mikoloqların tədqiqat obyektidir. Diqqətə çatdırılıb ki, amma göbələklər bitkilərdə və heyvanlarda bir çox xoşagəlməz xəstəliklər törədirlər, sənaye  məhsullarını, ərzaq məhsullarını, optik cihazları və kitabları xarab edib yararsız hala salırlar.

Sonda mövzu ilə bağlı  suallar cavablandırılıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031