SON DƏQİQƏ

naxcivanxeberleri.com

Təhsil Nazirliyi: Şagirdlər üçün yay məktəbinin təşkili nəzərdə tutulmayıb

Təhsil Nazirliyi: Şagirdlər üçün yay məktəbinin təşkili nəzərdə tutulmayıb
22-05-2020, 12:31

Bu günə olan vəziyyətə əsasən, deyə bilərəm ki, şagirdlər üçün yay tapşırıqlarının verilməsi, həmçinin yay məktəbinin təşkili nəzərdə tutulmayıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu  Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov deyib.

Onun sözlərinə görə, tədris proqramını mənimsəyə bilməyən şagirdlər üçün yay məktəbinin təşkil edilməsi ilə bağlı heç bir qərar verilməyib:

”Çünki bizdən asılı olmayan məsələlər də var. Hələ bilmirik ki, yayda epidemioloji vəziyyət necə olacaq. Çalışırıq ki, verdiyimiz bütün qərarları Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarlara uyğunlaşdıraq”.

Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar martın 3-dən ölkənin bütün təhsil müəssisələrində təlim-tədris dayandırılıb. Azərbaycanda tədris ili sentyabrın 15-də başlayır, iyunun 14-də bitir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2020    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031