SON DƏQQƏ

naxcivanxeberleri.com

Gənclərə “Layihələrin yazılması və idarə edilməsi” mövzusunda onlayn təlim keçirilib-FOTO

Gənclərə “Layihələrin yazılması və idarə edilməsi” mövzusunda onlayn təlim keçirilib-FOTO
21-05-2020, 19:09

21 may 2020-ci il tarixdə Gənclər və İdman Nazirliyinin, “İrəli” İctimai Birliyinin birgə təşkilatçılığı ilə gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədilə gənclərə “Zoom” proqramı vasitəsilə “Layihələrin yazılması və idarə edilməsi”, “Fəaliyyət planının qurulması” və “Büdcə planlaşdırılması” mövzularında onlayn təlim keçirilmişdir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, əvvəlcə Gənclər və İdman Nazirliyinin şöbə müdiri Ayaz Cabbarov gənclərə təlimin məqsədi haqqında məlumat vermişdir. Sonra “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı İctimai Birliyin fəaliyyəti haqqlnda gənclərə qısa məlumat vermişdir. Daha sonra mövzular ətrafında çıxış edərək bildirmişdir ki, gənclər layihə hazırlayarkən əvvəlcə mövcud problemin həll olunması üçün ətraflı məlumat yazmalıdır. Sonra isə layihə hazırlayan şəxsin təqdim olunan layihənin icrası üçün uyğun təcrübəsinin olması, layihənin adı, formatı, başlama və bitmə tarixləri, layihənin qısa təsviri, problemin təsviri, məqsədi, vəzifələri, hədəf qrupu, tərəfdaşları, icra mərhələləri, nəzərdə tutulan fəaliyyətlər və layihənin sonunda gənclərin əldə edəcəyi bilik, bacarıq və vərdişlər mütləq qeyd olunmalıdır. Layihənin fəaliyyət planının və büdcə formasının hazırlanması qaydaları haqqında da ətraflı məlumat verilmişdir. Şahin Rəhmanlı həmçinin, gəncləri müxtəlif mövzularda layihələr hazırlamağa və bu sahədə fəal iştirak etməyə çağırmışdır. Sonda mövzularla bağlı gəncləri maraqlandıran suallar cavablandırılmışdır. Təlimdə 20 nəfər gənc iştirak etmişdir.

Gənclərə “Layihələrin yazılması və idarə edilməsi” mövzusunda onlayn təlim keçirilib-FOTO

Gənclərə “Layihələrin yazılması və idarə edilməsi” mövzusunda onlayn təlim keçirilib-FOTO
Gənclərə “Layihələrin yazılması və idarə edilməsi” mövzusunda onlayn təlim keçirilib-FOTO
Gənclərə “Layihələrin yazılması və idarə edilməsi” mövzusunda onlayn təlim keçirilib-FOTO
Gənclərə “Layihələrin yazılması və idarə edilməsi” mövzusunda onlayn təlim keçirilib-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930