SON DƏQQƏ

naxcivanxeberleri.com

DİM: Şagirdlər kolleclərə qəbul üçün qəbul imtahanları verəcək

DİM: Şagirdlər kolleclərə qəbul üçün qəbul imtahanları verəcək
20-05-2020, 14:00

Buraxılış imtahanı iki mərhələli olduğu zaman onun mart ayında keçirilmiş birinci mərhələsində imtahan verən şagirdlər, orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qəbul imtahanlarında iştirak edəcəklər.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Nərminə Bayramova bildirib.

Onun sözlərinə görə, pandemiya şəraitində imtahanların keçirilməsi ilə bağlı müəyyən tövsiyələr nəzərə alınmaqla qaydalar hazırlanıb:

“Buraxılış imtahanı verməyən şagirdlər üçün bölgələr üzrə imtahanların keçirilmə qrafiki bu yaxınlarda elan ediləcək. Artıq orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydalarında müvəqqəti dəyişiklik edilib. Bu il ümumi təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul bir mərhələdə keçiriləcək. Şagirdlərin 3 fənn üzrə bilikləri hər fənn 100 bal olmaqla, ümumilikdə 300 ballıq şkala ilə qiymətləndiriləcək. Lakin bu bal onların orta ixtisas təhsili müəssisələrinə qəbul olması üçün yetərli deyil. Buraxılış imtahanının mart ayında keçirilmiş birinci mərhələsində imtahan verən şagirdlər bir mərhələli qəbul imtahanlarında iştirak edəcəklər".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930