SON DƏQQƏ

naxcivanxeberleri.com

“Naxçıvan” Universitetinin əməkdaşı Erasmus+ layihəsinin onlayn iclasında iştirak edib

“Naxçıvan” Universitetinin əməkdaşı Erasmus+ layihəsinin  onlayn iclasında  iştirak edib
19-05-2020, 03:27

Yeni növ koronovirus (COVID-19) pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasına baxmayaraq, ali təhsil ocaqlarının dayanıqlı fəaliyyətinin təmin edilməsi məqsədi ilə birgə səylər elektron qaydada davam etdirilir.

Universitetin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Bakı Biznes Universiteti Avropa Komissiyası tərəfindən maliyyələşdirilən koordinatoru olduğu “Azərbaycan Universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi EQAS” adlı Erasmus+ layihəsinin növbəti onlayn iclası keçirilib.

Onlayn görüşdə layihə tərəfdaşlarından Azərbaycan üzrə 11 universitetin nümayəndəsi və İsveç Kral Texnologiya İnstitutu, İngiltərənin Middlesex Universiteti, İspaniyanın Alikante Universitetinin ekspertlərinin iştirakı ilə layihə çərçivəsində pilot proqrama dair hesabatın hazırlanması, layihənin plana uyğun olaraq gerçəkləşdirilməsi, gələcək fəaliyyətlər və gündəlik məsələlər müzakirə edilmişdir.

Qeyd edək ki, görüşdə  “Naxçıvan” Universitetini  Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli təmsil edib.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930