SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetində 18 May Beynəlxalq Muzey günü qeyd edilib

Naxçıvan Dövlət Universitetində 18 May Beynəlxalq Muzey günü qeyd edilib
18-05-2020, 09:44

Naxçıvan Dövlət Universiteti Tarix-filologiya fakültəsində 18 may Muzeylər gününə həsr edilmiş onlayn tədbir keçirilib.

 

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan fakültənin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Rəsul Bağırov qeyd edib ki, hər il mayın 18-i Beynəlxalq Muzey Günü kimi qeyd edilir. Vurğulanıb ki, Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olub. Ölkəmizdə muzey işinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Arxiv işi və muzeyşünaslıq kafedrasının müdiri Məmməd Əliyev diqqətə çatdırıb ki, ilk milli muzeyin yaradılması isə Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə bağlıdır. 1919-cu il dekabrın 7-də "İstiqlal" muzeyi fəaliyyətə başlayıb. Vurğulanıb ki, Azərbaycan həm də açıq səma altında yerləşən muzeylər ölkəsidir. Bunu Qobustanda, İstisuda (Kəlbəcər) və Gəmiqayada (Naxçıvan) qayalar üzərindəki təsvirlər sübut edir.

Kafedranın müəllimləri öz çıxışlarında qeyd ediblər ki, qədim diyarımızda muzeylərin fəaliyyətinin canlandırılması, yeni muzeylərin yaradılması sahəsində mühüm işlər görülür, bu mədəniyyət ocaqları muzeyşünaslığın yeni nailiyyətlərinə əsaslanaraq qurulur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində muzeylərimiz müasir tələblər əsasında yenidən qurulub, bu sahədə mühüm işlər həyata keçirilib. Muxtar respublikanın bütün rayonlarında tarix-diyarşünaslıq muzeyləri açılıb, görkəmli şəxsiyyətlərin ev və xatirə muzeyləri yaradılıb. Hazırda muxtar respublikada 30 muzey fəaliyyət. Sonda kafedranın müəllimi Zemfira Seyidovanın muzeylərlə bağlı hazırladığı videoçarxa baxış olub.

 

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930