SON DƏQQƏ

naxcivanxeberleri.com

Sədərək rayon ümumtəhsil məktəblərinin məzunları ilə onlayn görüş keçirilib

Sədərək rayon ümumtəhsil məktəblərinin məzunları ilə onlayn görüş keçirilib
16-05-2020, 11:56

Sədərək Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə rayon ümumtəhsil məktəblərinin direktorları və XI sinif şagirdlərilə buraxılış imtahanlarına dair onlayn müzakirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliynin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, müzakirədə çıxış edən Sədərək Rayon Təhsil Şöbəsinin müdiri Malik İsmayılov bildirib ki, verilmiş tapşırığa əsasən, Sədərək rayon ümumtəhsil məktəblərinin sinif rəhbərləri tərəfindən dərs cədvəlinə uyğun olaraq mövzular şagirdlərə çatdırılır və müəllimlər müxtəlif proqramlar vasitəsilə şagirdlərə gündəlik dərsləri onlayn qaydada izah edirlər. Bundan əlavə, Təhsil Nazirliyinin rəsmi internet saytında şagirdlərin ev şəraitində öz biliklərini daha da dərinləşdirmələri üçün yaradılımış zəruri imkanlardan da istifadə edilir.

Şagirdlərimizin istedadlarının üzə çıxarılması və evdə qaldıqları asudə vaxtlarını dəyərləndirmələri üçün Təhsil Nazirliyi tərəfindən müxtəlif istiqamətlərdə vaxtaşırı verilən tapşırıqlar müəllim və şagirdlərə çatdırılır. Şöbə müdiri həmçinin ali təhsil müəssisələrinə və 11 illik bazadan orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu barədə şagirdlərə məlumat verib.

Görüşün sonunda müzakirədə şagirdləri maraqladıran suallar cavablandırılmış, Təhsil şöbəsinin müdiri Malik İsmayılov şagirdlərə uğurlar arzulamışdır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930