SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanlı məktəbli Moskvada keçirilən beynəlxalq müsabiqədə ikinci dərəcəli diploma layiq görülüb

Naxçıvanlı məktəbli Moskvada keçirilən beynəlxalq müsabiqədə ikinci dərəcəli diploma layiq görülüb
16-05-2020, 11:36

Moskvada keçirilən Məktəblilərin “Elmə start” IX Beynəlxalq Elmi-tədqiqat və yaradıcılıq müsabiqəsində iştirak edən AMEA-nın Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya və mineral sular laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədovanın rəhbərliyi ilə E. Sultanov adına Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin 10 sinif şagirdi İlhamə Novruzova ikinci dərəcəli diplomla mükafatlandırılıb.

AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Fizzə Məmmədova isə beynəlxalq müsabiqənin sertifikatını alıb.

Məktəblilərin intelaktual potensialının, elmi-tədqiqat və yaradıcılıq fəaliyyətinin yüksəldilməsi məqsədi ilə təşkil edilən beynəlxalq müsabiqədə 20 bölmə üzrə 1510 layihə iştirak edib. İlhamə Novruzovanın “Həyatın melodiyası-kimya” layihəsi II yerə layiq görülüb və ən yaxşı layihə kimi “Məktəblilərin Beynəlxalq Elm Xəbərləri” jurnalına dərcə göndərilib.

Qeyd edək ki, “Elmə Start” Beynəlxalq müsabiqənin lekun mərhələsi oktyabrın 12-15-də Soçidə Rusiya Federasiyasının Prezidentinin İşlər İdarəsi “DAQOMIS”də keçiriləcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031