SON DƏQQƏ

naxcivanxeberleri.com

“Naxçıvan” Universitetində “ Biznes mühiti və insan kapitalı” mövzusunda onlayn konfrans keçirilib-FOTO

“Naxçıvan” Universitetində “ Biznes mühiti və insan kapitalı” mövzusunda onlayn konfrans keçirilib-FOTO
15-05-2020, 17:09

“Naxçıvan” Universitetinin İdarəetmə kafedrasının təşkilatçılığı ilə “Biznes mühiti və insan kapitalı” mövzusunda onlayn  elmi-praktik konfrans keçirilib.

 

Universitetin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, onlayn konfransı giriş sözü ilə ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva açaraq bildirib ki, mövcud vəziyyətlə əlaqədar olaraq "Naxçıvan" Universitetində tədrisin təşkili onlayn formada günün tələblərinə uyğun olaraq ən yüksək səviyyədə aparılır. Müasir dövrdə hər bir xalqın, dövlətin gələcək taleyini təkcə onun malik olduğu zəngin təbii sərvətlər deyil, həm də elmi-mədəni və intellektual imkanları, bütün bunların da fövqündə dayanan insan kapitalı müəyyənləşdirir. Funksional imkanları elm və təhsilin ictimai həyatın ən müxtəlif sahələrində tətbiqi yolu ilə gerçəkləşdirilən bu əvəzsiz kapital hazırki  mərhələdə fərd və ictimai toplumların, geniş mənada, xalqların gələcək inkişafının, yaşayış səviyyəsinin, habelə, qazandığı nailiyyətlərin rəhni kimi çıxış edir.

Daha sonra İdarəetmə kafedrasının müəllimi,dosent Mehriban İmanovanın "Biznesin inkişafında insan kapitalının rolu və onun formalaşmasında gəncliyin qiymətləndirilməsi", İqtisadiyyat fakültəsinin dekanı Zakir Məmmədovun “İnsan kapitalına yatırılan investisiyaların üstünlükləri”, Naxçıvan Muxtar Respublikası Maliyyə nazirliyinin əməkdaşı Qənbər Xudiyevin  “Uğurlu biznes ideyasının seçilməsi” və universitetin İdarəetmə fakültəsinin “Maliyyə” ixtisası üzrə təhsil alan II kurs tələbəsi Rübabə Məmmədovanın “İnsan kapitalı və biznes” mövzusunda çıxışları dinlənilib.

Bildirilib ki,  insan kapitalı konsepsiyası Amerika iqtisadçıları T.Şulç, C.Kendrik və digərləri tərəfindən 20-ci əsrin 60-cı illərində hazırlanmağa başlanmışdır . İnsan kapitalının müasir konsepsiyasının əsasını H.Bekerin tədqiqatları formalaşdırmışdır . İnsan kapitalı insanların iqtisadi və sosial fayda verən fərdi biliyini, vərdişini və digər xüsusiyyətlərini təcəssüm etdirir. Bilik, bacarıq, səriştə və vərdiş əsasən öyrənmə və əmək təcrübəsi vasitəsilə qazanılır, həm də təbii qabiliyyətlərlə də müəyyən olunur. Məhz insan kapitalı öz mahiyyəti etibarilə insanda texniki biliklərin və bacarıqların artması sayəsində mövcud ehtiyatlardan daha faydalı istifadəni, hətta istehsal imkanlarının məhdudluğu şəraitində daha yüksək nəticələrə nail olunmasını şərtləndirir. İnsan kapitalı iqtisadi imkanlara deyil, əqli imkanlara görə daha çox məhsul və nemət istehsal etməyə imkan verir.

Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb.

“Naxçıvan” Universitetində “ Biznes mühiti və insan kapitalı” mövzusunda onlayn konfrans keçirilib-FOTO
“Naxçıvan” Universitetində “ Biznes mühiti və insan kapitalı” mövzusunda onlayn konfrans keçirilib-FOTO

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930