SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvan Müəllimlər İnstitutunda tələbə qəbulu planı yerləri artırılıb

Naxçıvan Müəllimlər İnstitutunda tələbə qəbulu  planı yerləri artırılıb
15-05-2020, 16:51

 

Naxçıvan Müəllimlər İnstitutunda (NMİ) 2020/2021-ci tədris ili üçün tələbə qəbulu planı yerləri artırılaraq bakalavr səviyyəsində 430-a, magistratura səviyyəsində 50-ə çatdırılıb.

 

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, bakalavr səviyyəsində hazırda kadr hazırlığı aparılan “Biologiya müəllimliyi”, “İbtidai sinif müəllimliyi”, “Məktəbəqədər təhsil”, “Riyaziyyat və informatika müəllimliyi”, “Tarix müəllimliyi”, “Təhsildə sosial psixoloji xidmət”, “Təsviri incəsənət müəllimliyi”, “Xarici dil müəllimliyi (ingilis dili)”, “Kitabxanaçılıq və informasiya fəaliyyəti”, “Psixologiya” ixtisasları ilə yanaşı, qəbul planına yeni ixtisaslar daxil edilib. Bu ildən Naxçıvan Müəllimlər İnstitutunda “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Fizika müəllimliyi”, “İnformatika müəllimliyi”, “Musiqi müəllimliyi” və “Texnologiya məllimliyi” ixtisasları üzrə də qəbul aparılacaq. Bu il abituriyentlər “Kitabxanaçılıq və informasiya fəaliyyəti” və “Psixologiya” ixtisaslarında  qiyabi şöbə üzrə də seçim edə biləcəklər.  

Magistratura səviyyəsində qəbul aparılan “Təhsildə sosial psixoloji xidmət”, “Pedaqogika nəzəriyyəsi və tarixi” ixtisaslaşmaları ilə yanaşı, bu ildən “Riyaziyyatın tədrisi metodikası və metodologiyası” və “Təsviri incəsənət fənninin tədrisi metodikası və metodologiyası” ixtisaslaşmaları da qəbul planına əlavə edilib.

Yüksək ixtisaslı kadr hazırlığı aparmaq üçün Naxçıvan Müəllimlər İnstitutu kifayət qədər  maddi-texniki baza və kadr potensialına malikdir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930