SON DƏQQƏ

naxcivanxeberleri.com

Ali təhsil ocağının onlayn laborator təcrübələrində orta məktəb müəllimləri də iştirak edib

Ali təhsil ocağının onlayn laborator təcrübələrində orta məktəb müəllimləri də iştirak edib
15-05-2020, 11:40

Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakultəsinin Kimya laboratoriyasında onlayn təcrübə keçirilib.

 

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, orta ümumtəhsil məktəblərinin kimya müəllimləri, ali təhsil ocağının bu ixtisas üzrə  müəllim və tələbələri, magistrant və doktorantlarını iştirak etdiyi təcrübələr universitetin ixtisaslı müəllimləri tərəfindən həyata keçirilib.

 

Orta məktəb kimya fənn proqramına uyğun şəkildə təşkil olunan təcrübələr məktəblərin laboratoriya imkanlarına uyğun aparılıb, müəllim və tələbələr  üçün aydın və izahlı şəkildə təqdim olunub. Universitetin müəllimləri Sevinc Kərimova “Kimyəvi reaksiyanın əlamətləri, Sulfat ionunun təyini”, İsgəndər Mehdiyev “Hidrogenin alınması, nitratların termiki parçalanması, kalium-permanqanatın oksidləşdirici xassələri”, Pərvin Quliyev “Yodoformun alınması, dəmir-III kationlarının təyini, toluolun oksidləşməsi” adlı təcrübələr aparıblar. 

Universitetin rektoru Elbrus İsayev ali təhsil ocağının laboratoriya imkanlarından, burada keçirilən təcrübələrin əhəmiyyətindən danışıb. Təhsil nazirliyi ilə birgə təşkil edilən bu cür tədbirlərin ilk olmadığını diqqətə çatdırıb. Qeyd edilib ki, aparılan təcrübələr mövcud durumda belə tələbələrin dərslərdən geri qalmamaları üçün təşkil edilir. Vurğulanıb ki, laboratoriyada qurulan müasir avadanlıqlar elmi-tədqiqat işlərinin aparılması üçün də müstəsna əhəmiyyətə malikdir. Rektor yaradılan imkanları xüsusilə dəyərləndirib və gələcəkdə bu kimi tədbirlərin davamlı olmasını diqqətə çatdırıb.

 

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930