SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sədərək kənd 2 nömrəli tam orta məktəbində Məhəmməd Tağı Sidqinin “Məktəb hekayələri” kitabının onlayn müzakirəsi keçirilib

Sədərək kənd 2 nömrəli tam orta məktəbində  Məhəmməd Tağı Sidqinin “Məktəb hekayələri”  kitabının onlayn müzakirəsi keçirilib
14-05-2020, 23:30

Sədərək rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Sədərək rayon Sədərək​ kənd 2 nömrəli tam orta məktəbində görkəmli maarifçi Məhəmməd Tağı Sidqinin “Məktəb hekayələri” kitabının onlayn müzakirəsi keçirilib.
Nazirliyin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, müzakirədə Təhsil Şöbəsinin əməkdaşları,​ məktəb müəllimləri və​ IX-Xl sinif şagirdləri onlayn iştirak ediblər.

Müzakirədə​ çıxış​ edən məktəbin kitabxana müdiri Aytəkin Həsənova bildirib ki, xalq müəllimi Məhəmməd Tağı Sidqinin yaradıcılığı ötən əsrdə yetərincə öyrənilməyib. Müstəqillik illərində isə bu istiqamətdə mühüm işlər görülüb, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə ev muzeyi yaradılıb. Naxçıvan teatrının ilk yaradıcılarından olan Məhəmməd Tağı Sidqinin 160 illik yubileyi də muxtar respublikada geniş şəkildə qeyd olunub. Böyük ədibin hekayələrinin müəyyən bir qismi kitab halına salınıb və oxunması zəruri olan kitablar siyahısına daxil edilib. Onun “Məktəb hekayələri” kitabı yeni nəslin milli ruhda tərbiyələnməsində mühüm rola malikdir.

Daha sonra​ məktəbin müəllimlərindən​ Dünyamalıyev Elman çıxış edərək “Məktəb hekayələri” kitabının tərbiyəvi əhəmiyyətindən danışıb.​ O vurğulayıb ki, bütün ömrünü uşaqların, gənclərin təhsilə, elmə, inkişafa yiyələndirilməsinə, onlarda yüksək mənəvi-əxlaqi hislərin formalaşmasına həsr edən, bu istiqamətdə əməli tədbirlər həyata keçirən ədibin bu kitabdakı hekayələri böyüməkdə olan yeni nəslə xitab təsiri bağışlayır. “Məktəb hekayələri” adı altında toplanmış bu kitabda ədibin məktəb, təhsil, tərbiyə, əxlaq, mərifət və s. haqqında olan fikirləri öz əksini tapmışdır.

Tədbirin gedişində​ şagirdlər ədibin “Məktəbə davam”, “Gözütox uşağın hekayəti”, “Yalançı uşaq” və “Səxavətli uşaq” hekayələrindən müəyyən parçaları bədii qiraət ediblər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031