SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Müəllimlər İnstitutunun Pedaqoji fakültəsində Tələbə Elmi Cəmiyyətinin onlayn konfransı keçirilib-FOTO

Naxçıvan Müəllimlər İnstitutunun Pedaqoji fakültəsində Tələbə Elmi Cəmiyyətinin onlayn konfransı keçirilib-FOTO
14-05-2020, 17:57

14 may 2020-ci il tarixdə Naxçıvan Müəllimlər İnstitutunun Pedaqoji fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) 2019/2020-ci tədris ili üçün yekun onlayn konfransı keçirilmişdir.

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, konfransa fakültənin professor-müəllim heyəti və TEC işi yerinə yetirən tələbələr qoşulmuşlar. Konfransı giriş sözü ilə açan fakültə dekanı Arif Ağalarov TEC işləri ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş mövcud əsasnamənin tələblərinə uyğun olaraq fakültədə aparılan işlər və qarşıda duran vəzifələr haqqında konfrans iştirakçılarına məlumat vermişdir.

Ali və orta ixtisas təhsili müəssisələrində könüllülük prinsipi əsasında fəaliyyət göstərən bu qurumun tələbələrin ictimai həyatdakı fəallığı, ali təhsilli kadrların hazırlanması işində keyfiyyətin yüksəldilməsi, tələbələrin elmi fəaliyyətə marağının artırılması, perspektivli və istedadlı gənclərin üzə çıxarılması, həmçinin sabahın alimlərinin yetişməsindəki rolundan danışan natiq gələcəkdə TEC işlərinin yeni innovasiyalara yönəldilməsinin vacibliyini xüsusi qeyd etdi. Konfransın plenar iclasında üç nəfər tələbənin məruzəsi dinlənildikdən sonra konfrans altı bölmə üzrə öz işini davam etdirmişdir. Ümumilikdə, 53 nəfər tələbənin məruzəsi bölmələr üzrə dinlənilmiş, elmi və tədqiqatçılıq baxımından fərqlənən tələbələrin institut turunda məruzələri göndərilmişdir.

Naxçıvan Müəllimlər İnstitutunun Pedaqoji fakültəsində Tələbə Elmi Cəmiyyətinin onlayn konfransı keçirilib-FOTO

Naxçıvan Müəllimlər İnstitutunun Pedaqoji fakültəsində Tələbə Elmi Cəmiyyətinin onlayn konfransı keçirilib-FOTO
Naxçıvan Müəllimlər İnstitutunun Pedaqoji fakültəsində Tələbə Elmi Cəmiyyətinin onlayn konfransı keçirilib-FOTO
Naxçıvan Müəllimlər İnstitutunun Pedaqoji fakültəsində Tələbə Elmi Cəmiyyətinin onlayn konfransı keçirilib-FOTO
Naxçıvan Müəllimlər İnstitutunun Pedaqoji fakültəsində Tələbə Elmi Cəmiyyətinin onlayn konfransı keçirilib-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031