SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi onlayn seminarlardan faydalanır

Naxçıvan Dövlət Universitetinin  Tibb fakültəsi  onlayn seminarlardan faydalanır
13-05-2020, 19:06

Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin təşkilatçılığı ilə onlayn seminar təşkil edilib.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Bakı Medical Plazanın tanınmış cərrah mama-ginekoloqu, professor Mehman Həmzəyev “Sonsuzluqda D vitaminin rolu, Mamalıqda  septiki vəziyyətlər ” adlı çıxışında  qeyd edib ki, insanın sağlamlığı üçün ən vacib vitaminlərdən biri olan D vitamini hamiləlik zamanı da istifadə edilən gərəkli  vitaminlərdəndir. Bu vitamin uşağın inkişafını təmin edir, həmçinin qadına hamiləlik boyunca enerji və güc verir. Bundan başqa, dölün sümüklərinin vəziyyəti hamiləlik zamanı qadın orqanizmində olan D vitaminindən çox asılıdır. Bu vitamin çatışmazlığının uşaqların az çəkili doğulmasına gətirib çıxardığını qeyd edən professor diqqətə çatdırıb ki, hamilələr üçün vitamin D-nin günlük dozası - 400-600 ME-dir.

Vurğulanıb ki, D vitamini sinirlərin və əzələlərin, immun sisteminin normal fəaliyyəti üçün, ürəyin, dərinin, qalxanvari vəzinin, böyrəklərin sağlamlığı, qanın normal laxtalanması, arterial təzyiqinin tənzimlənməsi, immun sisteminin normal fəaliyyəti üçün də çox önəmlidir.  D vitamini bəzi xərçəng xəstəliklərinin (xüsusilə süd vəzi, yumurtalıqlar, prostat vəzi xərçəngi, leykoz) müalicəsi və profilaktikası üçün effektlidir.

Naxçıvan Dövlət Universitetinin məzunu olmuş, hal-hazırda Türkiyə Respublikası Muş Bulanık Dövlət Xəstəxanasında Qadın xəstəlikləri və doğum uzmanı kimi çalışan  Zahid Ağayev “Doğum zamanı ana ölümlərinin başlıca səbəbləri və qarşısının alınma yolları” adlı çıxışında ana bətnində dölü inkişafdan saxlayan - həm ana, həm də döldən asılı olan əsas səbəblərdən danışıb. Bildirilib ki, əgər anada hər hansı xəstəlik, infeksion proseslər nəticəsində uşağa gedən qidalanma pozularsa  uşaq inkişafdan qalır. Həkim doğuşdan əvvəl və sonra hamiləlik sonlandırmalarından danışıb. Doğuşdan sonra uşaq ölümlərinin səbəbləri kimi yarımçıq doğulma, ürəkdəki qüsurlar, baş beyində olan qeyri-travmatik qansızmalar, uşağın özündə olan infeksiya ilə əlaqədar inkişaf edən septik hallardan söhbət açılıb, doğuş zamanı qanaxma, hamilənin təzyiq xəstəlikləri də ölüm səbəbləri kimi diqqətə çəkilib. .

Seminara müəllim və tələbə olmaqla 120-yə yaxın iştirakçı qoşulub. Sonda müəllim və tələbələrin mövzularla əlaqəli sualları cavablandırılıb.

 

Naxçıvan Dövlət Universitetinin  Tibb fakültəsi  onlayn seminarlardan faydalanırNaxçıvan Dövlət Universitetinin  Tibb fakültəsi  onlayn seminarlardan faydalanır

Naxçıvan Dövlət Universitetinin  Tibb fakültəsi  onlayn seminarlardan faydalanır

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930