SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilmiş onlayn şeir müsabiqəsi keçirilib

Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilmiş onlayn şeir müsabiqəsi keçirilib
11-05-2020, 08:27

Ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında yaranmış mövcud vəziyyətə görə bütün dərslər onlayn qaydada tədris olunur.

 

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, 08 may 2020-ci il tarixdə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilmiş onlayn şeir müsabiqəsi keçirilib.

 

Müsabiqəni giriş sözü ilə açan Naxçıvan Şəhər Təhsil Şöbəsinin metodkabinet müdiri Sabir Məmmədov pandemiya dövründə keçirilən onlayn tədbirlərdə şagirdlərin iştirakını yüksək qiymətləndirərək onlara müsabiqədə uğurlar arzulamışdır. Naxçıvan ədəbi mühitinin nümayəndəsi, münsif Elxan Yurdoğlu Ümummilli liderin həyat və yaradıcılığı barədə şagirdlərə geniş məlumat vermişdir. Sonra müsabiqədə çıxış edən Naxçıvan Şəhər Təhsil Şöbəsinin metodisti Təhminə İbrahimova ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, çoxşaxəli ictimai-siyasi fəaliyyətindən danışaraq qeyd edib ki, bütün mənalı həyatını xalqına həsr edən Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Müsabiqənin sonunda  şagirdlər Naxçıvan Şəhər Təhsil Şöbəsinin diplomları ilə təltif olunmuşlar.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2021    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031