SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsi professorun onlayn seminarında iştirak edib-FOTO

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsi professorun onlayn seminarında iştirak edib-FOTO
9-05-2020, 22:15

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsi müəllim və tələbələri üçün  Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ziyadxan Əliyev “Azərbaycan təsviri sənəti qədimlərdən bugünə” mövzusunda onlayn seminar keçirilib.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Fakültənin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılov seminarı giriş sözü ilə açaraq qeyd edib ki, Naxçıvanda professional rəssamlıq sənəti XX əsrin əvvəllərində yaransa da bu sənətin köklərinin Gəmiqaya rəsmlərinə (e.ə. VII-I minilliklər) qədər getdiyi qəbul edilməkdədir. Naxçıvanda professional rəssamlığın təşəkkülünün Bəhruz Kəngərlinin adı ilə bağlı olduğunu bildirən əməkdar rəssam vurğulayıb ki, realist Azərbaycan rəssamlığının banisi B.Kəngərlinin əsərlərində dövrün koloriti, öncül mövzuları əksini tapıb. Onun yaradıcılığında mənzərə və portret janrları üstünlük təşkil edir.

Professor Ziyadxan Əliyev seminarda Azərbaycanın qədim incəsənət nümunələri sayılan, əcdadlarımızın yaratdığı bəşəriyyətin ən qədim insan məskənlərindən biri olduğunu sübut edən Qobustan qayaüstü rəsmləri, Gəmiqaya petroqlifləri haqda danışıb.  Yaxın və Orta Şərq xalqları incəsənətinin  maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənəti və Azərbaycanın təsviri sənət tarixinə öz töhvələrini vermiş Bəhruz Kəngərli, Səttar Bəhlulzadə kimi görkəmli rəssamların əsərləri geniş təhlil edilib. Həmçinin, Azərbaycan memarlarının müəllifi olduğu türbələr, məscidlər və hamamlar üzərinə boyalı kaşıdan işlənmiş ornament kompozisiyaları seminarın əsas mövzularından olub.

Sonda müəllim və tələbələrin suallarına aydınlıq gətirilib.

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsi professorun onlayn seminarında iştirak edib-FOTONaxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsi professorun onlayn seminarında iştirak edib-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930