SON DƏQQƏ

naxcivanxeberleri.com

Sabahdan müddətli müqavilə ilə çalışan müəllimlərlə müsahibələr başlayır

Sabahdan müddətli müqavilə ilə çalışan müəllimlərlə müsahibələr başlayır
6-05-2020, 14:21

Mayın 7-dən etibarən digər şəhər və rayonlar üzrə ümumi təhsil müəssisələrində müddətli müqavilə ilə çalışan müəllimlərlə mərhələli şəkildə onlayn müsahibələr keçiriləcək. 

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki,Təhsil Nazirliyindən verilən məlumata görə, həmin namizədlərin şəxsi səhifələrinə müsahibənin keçirilmə tarixi və saatı barədə məlumat göndərilib. Bəzi ucqar bölgələr üzrə namizədlərin texniki problemlərə görə onlayn müsahibələrdə iştirakına şərait yaradılması ilə bağlı nazirliyin "Qaynar xətt"inə müraciətləri nəzərə alınaraq, yerli təhsili idarəetmə orqanları tərəfindən onlara müvafiq şəraitin yaradılması təmin olunacaq. Regionlar üzrə namizədlərin onlayn müsahibələrdə iştirakını təsdiq etməsi üçün son tarix 7 may saat 00:00-dır.

Qeyd edək ki, ötən gün Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə işləyən müəllimlərlə onlayn müsahibələrin gedişatını yaxından izləyib.

Artıq üçüncü gündür davam edən müsahibələrdə 250-yə yaxın namizəd iştirak edib və gedişat zamanı hər hansı texniki problem yaranmayıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930