SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi 2020-2021-ci tədris ili üçün Naxçıvan Qızlar Liseyinə şagird qəbulu elan edir

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi  2020-2021-ci tədris ili üçün Naxçıvan Qızlar Liseyinə  şagird qəbulu elan edir
6-05-2020, 14:00

 

Liseyə şagird qəbulu 2020-2021-ci tədris ili üzrə ümumtəhsil məktəblərinin V sinifində təhsil alacaq qız şagirdləri arasında müsabiqə yolu ilə aparılır.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, liseyə qəbul olmaq üçün aşağıdakı sənədlər tələb olunur:

  1. Şəxsiyyət vəsiqəsinin surəti
  2. 3x4 santimetr ölçüdə 2 ədəd fotoşəkil
  3. Valideynin ərizəsi
  4. Təhsil aldığı məktəbdən arayış
  5. Sağlamlıq haqqında arayış

 Sənədlər 07 may 2020-ci il tarixdən 29 may 2020-ci il tarixədək saat 900-dan 1800-dək Naxçıvan Qızlar Liseyində qəbul ediləcəkdir.

Müsabiqə 11 iyun 2020-ci il tarixdə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə saat 1000-da keçiriləcəkdir.

Şagirdlərin nəzərinə çatdırılır ki, Liseyə qəbul  üçün keçiriləcək müsabiqə test formatında aparılır. Müsabiqədə şagirdlərə Azərbaycan dili fənni üzrə 30, riyaziyyat fənni üzrə 30, ingilis dili fənni üzrə 10 olmaqla, ümumilikdə 3 fəndən 70 sual təqdim olunacaqdır. Müsabiqədə şagirdlərə 3 saat vaxt veriləcəkdir.

Muxtar respublika üzrə ən yüksək nəticə göstərən 60 şagird Liseyə qəbul olunacaqdır.

 

Ünvan: Naxçıvan Qızlar Liseyi, İ.Məmmədov küçəsi 2
Əlaqə nömrələri: (036) 545-03-47
(036) 545-23-62

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930