SON DƏQQƏ

naxcivanxeberleri.com

Dərsliklərin müzakirəsi onlayn qaydada davam edir-FOTO

Dərsliklərin müzakirəsi onlayn qaydada davam edir-FOTO
4-05-2020, 19:22

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 2020-2021-ci tədris ili üçün nəşr olunacaq I, V və IX sinif dərsliklərinin nəşrqabağı təkmilləşdirilməsinə dair qrafikə uyğun olaraq onlayn müzakirələr davam edir.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, aprelin 28-dən başlanan müzakirələrdə ardıcıl olaraq “Azərbaycan dili”, “Ədəbiyyat”, “Riyaziyyat”, “Fizika” və “İnformatika” fənləri üzrə dərsliklər müzakirə olunmuşdur. Növbəti müzakirələr isə “Biologiya”, “Coğrafiya”, “Tarix” və  “İngilis dili” fənləri üzrə dərsliklərin təkmilləşdirilməsinə dair keçiriləcəkdir.

Müzakirələrdə Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və “Naxçıvan” Universitetinin professor-müəllim heyəti və muxtar respublika ümumtəhsil müəssisələrinin qabaqcıl müəllimləri fəal iştirak edərək dərsliklərlə bağlı öz irad və təkliflərini bildirirlər. Müzakirələrin nəticəsi olaraq yekun rəy ümumiləşdirilərək Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim ediləcəkdir.

 

Dərsliklərin müzakirəsi onlayn qaydada davam edir-FOTO

Dərsliklərin müzakirəsi onlayn qaydada davam edir-FOTO
Dərsliklərin müzakirəsi onlayn qaydada davam edir-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930