SON DƏQQƏ

naxcivanxeberleri.com

Təhsil Nazirliyi: Teledərslərdə iştirak etmək istəyən müəllimlər sosial şəbəkə vasitəsilə müraciət edə bilərlər

Təhsil Nazirliyi: Teledərslərdə iştirak etmək istəyən müəllimlər sosial şəbəkə vasitəsilə müraciət edə bilərlər
4-05-2020, 18:00

Teledərslərdə iştirak etmək istəyən müəllimlər sosial şəbəkə vasitəsilə bizə müraciət edə bilərlər.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Təhsil Nazirliyinin Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev deyib.

Onun sözlərinə görə, teledərslərin keçirildiyi ilk vaxtlar ən sərt karantin tədbirlərinin tətbiq olunduğu vaxt olduğu üçün müəllimləri dəvət etməkdə çətinlik çəkirdilər:

“Artıq teledərsləri keçən müəllimlər heyəti məlumdur və onların sayı müəyyənləşdirilib. Ancaq bəzən müəyyən səbəblərdən müəllimlərin əvəzlənməsinə ehtiyac yaranır. Bununla əlaqədar bəzən müəllimlərimizi dəyişirik və başqa müəllimlər dəvət edirik. Əgər teledərslərdə iştirak etmək istəyən müəllimlərimiz varsa, onlar bizə sosial şəbəkə vasitəsilə müraciət edə bilərlər. Biz həmin müəllimlərimizi dəvət edib əvvəlcə onların dərslərini dinləyəcəyik. Daha sonra teledərslərin çəkilişi aparan təşkilat heyəti o müəllimlərin "Dərs vaxtı" proqramında dərs keçib-keçməməsi barədə qərar verəcək”.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar martın əvvəlindən ölkə üzrə bütün təhsil müəssisələrində təlim-tədris prosesi dayandırılıb. Bununla əlaqədar olaraq, Təhsil Nazirliyinin təşkilatçılığı ilə teledərslər keçirilir. Teledərslər martın 11-dən "Mədəniyyət" kanalında "Dərs vaxtı" proqramı çərçivəsində yayımlanır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930