SON DƏQİQƏ

naxcivanxeberleri.com

Nazir: "Ali məktəblərdə dövlət hesablı yerlərin sayı 12324-dən 20 500-ə çatdırılacaq"

Nazir:
15-02-2019, 10:47

“2019-2020-ci tədris ili üçün dövlət sifarişli yerlərlə bağlı sənədi Nazirlər Kabinetinə təqdim etmişik və sənəd təsdiq olunma mərhələsindədir”.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, ötən il dövlət sifarişli yerlərin sayı 12324 olub, növbəti tədris ili üçün isə 20 500 yerə kimi artırılması planlaşdırılır: “Yaxud da bir il ərzində dövlət sifarişli yerlərdə 65 faizdən artıq artım görürük. Hesab edirik ki, növbəti illərdə də müsbət tendensiya davam edəcək”.

C.Bayramov qeyd edib ki, yalnız növbəti ilin proqnoz yerlərindən danışılırsa, dövlət sifarişli yerlərin sayı 42% müəyyən edilib: “2018-2019-cu tədris ili üçün bu rəqəm 30%-dən az idi. Bu da bir il ərzində əlavə sifarişli yerlərin olması deməkdir. Məqsəd dövlət vəsaiti hesabına təhsilin müxtəlif istiqamətlərində gənclərə ali təhsil imkanının verilməsi və bunun genişləndirilməsidir”.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30