SON DƏQQƏ

naxcivanxeberleri.com

“Dərsliklərin təkmilləşdirilməsi” layihəsi üzrə onlayn müzakirələrə start verilib

“Dərsliklərin təkmilləşdirilməsi” layihəsi üzrə onlayn müzakirələrə start verilib
28-04-2020, 19:47

“Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” 2019-cu il aprelin 15-də keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Təhsil Nazirliyinə ali məktəblərin professor və müəllim heyətləri ilə birlikdə yeni dərslik və dərs vəsaitlərinin müzakirəsinin təmin edilməsi tapşırılmışdı.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, verilmiş tapşırığın icrasının təmin olunması məqsədilə 2018-2019-cu tədris ilinin may-iyun aylarında muxtar respublika ümumtəhsil müəssisələrinin qabaqcıl müəllimlərinin və ali təhsil müəssisələrinin professor - müəllim heyətinin birgə iştirakı ilə dərslik və dərs vəsaitlərinin müzakirəsi aparılmışdır. 2019-cu il mayın 20-də başlayan X sinif dərsliklərinin müzakirələri iyunun 12-də başa çatmışdır. Ümumilikdə 10 fənn üzrə dərsliklərlə bağlı müzakirələr aparılmış, hazırlanmış yekun rəylər Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim edilib.

2019-2020-ci tədris ili üçün dərsliklərin müzakirəsi iki mərhələdə aparılmışdır. Muxtar respublikanın qabaqcıl pedaqoji heyətinin iştirakı ilə aparılan birinci mərhələdə ümumilikdə 10 fənn üzrə olmaqla IX və X sinif dərsliklərinin müzakirəsi aparılmışdır. 24 oktyabr 2019-cu il tarixdə başlayan birinci mərhələ 24 yanvar 2020-ci il tarixdə yekunlaşmışdır. Dərsliklərlə bağlı yekun rəylər ümumiləşdirilərək dərsliklərin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilib.

2020-2021-ci tədris ili üçün yenidən nəşr olunacaq I, V və IX sinif dərsliklərinin elektron forması trims.edu.az saytında yerləşdirilmişdir. Nəşrqabağı təkmilləşdirilməsi nəzərdə tutulan dərsliklərə dair ictimai rəyin öyrənilməsi məqsədi ilə keçirilən ikinci mərhələ pandemiya ilə əlaqədar yaranmış çətinliyə görə onlayn qaydada həyata keçirilir. Belə ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi 28 aprel 2020-ci il tarixdən  dərslik müzakirələrini onlayn qaydada davam etdirir. Onlayn müzakirələr müəyyən edilmiş qrafik əsasında ZOOM proqramı vasitəsilə həyata keçirilir. Qrafikə uyğun olaraq müxtəlif günlərdə 6 fənn üzrə keçiriləcək dərslik müzakirələri mayın 8-dək davam edəcəkdir.

28 aprel 2020-ci il saat 1100-da muxtar respublika ümumtəhsil məktəblərinin və ali təhsil müəssisələrinin professor və müəllim heyətinin birlikdə iştirak etdiyi ilk onlayn müzakirədə  V və IX siniflər üzrə “Azərbaycan dili” və “Ədəbiyyat” fənlərinin dərslikləri müzakirə edilib, dərsliklərlə bağlı onlayn qaydada irad və təkliflər bildirilib. Təhsil Nazirliyi tərəfindən həmin irad və təkliflər təhlil olunaraq dərsliklərin təkmilləşdirilməsi üçün yekun rəy hazırlanacaqdır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930