SON DƏQQƏ

naxcivanxeberleri.com

İnnovasiyalı iqtisadiyyatın formalaşması

İnnovasiyalı iqtisadiyyatın formalaşması
24-04-2020, 14:21

Müasir dünya fəaliyyətlərinə bir yeniliyin qatılması şəklində aydın inovasyonların qaynaqları; yeni icadlar, yeni nəzəriyyələr, yeni anlayışlar və ya köhnədən var olan məhsul və ya üsulların inkişaf etdirilərək yenidən tətbiq olunmasıdır.

İnnovasiya fəaliyyəti deyərkən istehsal, kommersiya, idarə etmə və sosial proseslərin səmərəliyini artıran elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin  nəticələrinin praktiki tətbiqi nəzərdə tutulur. İnnovasiya prosesi nəticəsində yeni və ya təkmilləşmiş məhsul, xidmət təklif olunur. Eyni zamanda innovasiya texnoloji prosesləri, idarə və təşkil etmə proseslərində tətbiq oluna bilər. İnnovasiya fəaliyyəti cəmiyyətin intellektual fəaliyyətinin təkmilləşdirilməsinə yönələn nəticədir. İnnovasiya – layihənin hazırlanmasında, planlaşdırılmasında, istifadəsində keyfiyyət üstünlüklərinə malik olan yeni məhsul, xidmət və texnologiyalar və ya yeni təşkilati - iqtisadi forma şəklində ifadə olunan, əvvəlki məhsul və ya təşkilati formalarla müqayisədə əlavə iqtisadi və ya ictimai mənfəəti təmin edən innovasiya fəaliyyətinin nəticəsidir.

İnnovasiya, iqtisadi və ictimai fayda təmin edəcək yeni fikirlər, üsullar, məhsullar inkişaf etdirmək və bunları tətbiq etməkdir. Beləcə, daha əvvəl həll edilməmiş problemləri həll etmək və ya daha əvvəl qarşılanmayan ehtiyaclara cavab vermək məqsədiylə inkişaf etdirilə ya da onsuz da var olan bir çox məhsul və xidməti daha gözəl, daha rahat, daha çox insana fayda təmin edəcək hala gətirməyi amaçlayabilir. Bu fikirlərin həyata keçirilməsi və ortaya məhsul, xidmət və ya üsulların çıxarılmasıyla və ardından bu məhsul və xidmətlərin satılmağa və ya üsullarının tətbiq başlanmasıyla innovasiya edilmiş olur.

İnnovasiya məhsulunun yaradılması ilə məşğul olan müəssisələr innovasiya prosesinin aşağıdakı mərhələlərini həyata keçirir.

  • innovasiyalı inkişaf yoluna keçid haqqında qərarın qəbulu;
  • innovasiya ideyasının hazırlanması;
  • innovasiyalı inkişaf konsepsiyasının hazırlanması;
  • innovasiyalı inkişafın əsas prinsiplərinin müəyyənləşdirilməsi;
  • innovasiyalı inkişaf planının hazırlanması;
  • innovasiyalı inkişaf planının reallaşdırılması.

 İqtisadiyyatın elmi əsaslarla innovativ inkişafı yeni texnologiyalar, yeni xidmət növləri və idarəetmənin təşkili sahəsindəki yeniliklərdən daha çox və səmərəli istifadə edilməsinə əsaslanır. İstənilən dövlətin iqtisadi inkişafı elmin və texnologiyanın inkişafı, eləcə də onların tətbiqi ilə birbaşa qarşılıqlı surətdə əlaqəlidir. Odur ki, qabaqcıl ölkələrdə iqtisadiyyatın inkişafında innovasiya siyasətinin formalaşması əsas məsələlərdən biri hesab olunur.

Dövlətin innovasiya siyasəti innovasiya fəaliyyətinin inkişafına və stimullaşdırılmasına yönəldilmiş sosial-iqtisadi siyasətin tərkib hissəsi olub, elmi tədqiqatlardan, işləmələrdən, təcrübi konstruktor işlərindən,elmi-texniki nailiyyətlərdən istifadə etməklə iqtisadi dövriyyədə reallaşdırılan yeni məhsulların, habelə texnoloji prosesin yaradılması deməkdir.

 Bu siyasət yerli məhsullara mövcud rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, dayanıqlı iqtisadi artımın təmin olunması, əhalinin həyat səviyyəsi və keyfiyyətinin, ölkənin müdafiə texnoloji və ekoloji təhlükəsizliyinin təmin edilməsi üçün innovasiya fəaliyyəti prioritetliyi razılaşdırılmaqla formalaşdırılır və həyata keçirilir.

 Dövlətin innovasiya siyasətinin əsas məqsədləri aşağıdakılardan ibarətdir:

-yerli məhsulların rəqabətqabiliyyətliliyinin artımını təmin edən innovasiya fəaliyyəti üçün iqtisadi, hüquqi və təşkilati şəraitin yaradılması ilə yanaşı elmitexniki nəticələrin effektiv ifadəsi, sosial-iqtisadi məsələlərinin həlli;

 - elmi-texniki potensialın inkişafı səmərəli yerləşdirilməsi və effektiv istifadəsi onun strukturunun formalaşdırılması;

- elm və texnikanın ölkə iqtisadiyyatının inkişafına, ən mühüm sosial vəzifələrin reallaşdırılmasına, maddi istehsal sferasında mütərəqqi struktur dəyişikliklərinin  təmin olunmasına təsirinin artırılması, onun effektivliyinin və rəqabətqabiliyyətinin yüksəldilməsi;

- ölkənin müdafiə qabiliyyətinin və şəxsiyyət, cəmiyyət və dövlət təhlükəsizliyinin möhkəmləndirilməsi.

Dünya inkişafının yeni mərhələsinin səciyyəvi xüsusiyyəti insan sivilizasiyasının sənaye cəmiyyətindən postsənaye cəmiyyətinə keçid sayılır. Bu isə, hər şeydən əvvəl tüxnika və elmin cəmiyyət həyatının bütün tərəflərinə daha da güclənməkdə olan təsirinin qlobal xarakteri ilə, irimiqyaslı sosialiqtisadi və tarixi dəyişikliklərə aparan elmi texnoloji irəliləyişlərə əlaqədardır.

 XX əsrin sonlarından müasir dövrümüzə qədər insan cəmiyyətində çox sürətli dəyişikliklər getmişdir. Bütün bu dəyişikliklərin əsası innovasiya ilə əlaqədardır. Elektronika, radiofizika, optoelektronika, lazer texnologiyaları, müasir materialşünaslıq, kimya və kataliz, müasir aviasiya və kosmonavtika sahələrində müəyyən edilən, bir sıra texnoloji və fundamental ixtiralar və kəşflər, müasir informasiya texnologiyalarından istifadə edilməsi, mikro və makroelektronika sahələrindəki alınmış nəticələr, habelə, nanotexnologiyalar elmtutumlu məhsulların yaranmasına səbəb oldu. Belə məhsulların alınmasını təmin edən texnologiyalar elmtutumlu texnologiyalar adlandırıldı.

Nəticə etibarı ilə elmtutumlu texnologiyalardan istifadə edilməsi iqtisadi inkişafın yeni bir istiqamətinin ―innovasiya yönümlü iqtisadi inkişafın‖ yaranmasına 21 səbəb oldu. İnnovasiya yönümlü iqtisadi inkişaf modeli öz yüksək səmərəliliyini dünyanın inkişaf etmiş ölkələrinin timsalında sübuta yetirdi.

XX əsrin sonlarından ―bilik iqtisadiyyatı‖ və ya ―biliyə əsaslanan iqtisadiyyat‖ terminləri elmdə geniş yayılmağa başlamışdır. Yeni növ iqtisadiyyatı ona qədər olan aqrar və sənaye iqtisadiyyatından fərqləndirən, onun əsas amilinin bilik və insan kapitalı olmasıdır. Bu gün inkişaf etmiş ölkələrdə məhz bilik istehsalı iqtisadi artımın əsas mənbəyidir.

Elmlə istehsalın qarşılıqlı təsiri sayəsində yeni rəqabət forması yaranmağa başladı. Hal-hazırda yeni elmtutumlu texnologiyaları istehsalda mənimsəməyən müəssisələr dünya bazarlarında rəqabət apara bilməz. Deməli, müəssisələrin inkişaf strategiyasının işlənilməsində nəzərə alınacaq ən vacib şərt – elmi yeniliklərin və elmtutumlu texnologiyaların istehsala tətbiqi olmalıdır.

Hal-hazırda dünyanın inkişaf etmiş ölkələrində ÜDM-in artımının böyük hissəsi elmtutumlu malların və texnologiyaların payına düşür. Son illərdə ABŞ, Qərbi Avropa, Yaponiya, Hindistan, Çin həmçinin Cənubi Koreya, Sinqapur və s. kimi yeni industrial ölkələrin iqtisadi artımı əsasən innovasiya infrastrukturlarının inkişafı ilə əlaqədardır. Biz yeni iqtisadiyyat haqqında son zamanlar çox eşidirik.

 Yeni iqtisadiyyat əsasən 1990-cı ildən yüksək texnolji inkişaf nəticəsində internetin və yüksək sürətli komputerlərin inkişafı və yayılması səbəb olmuşdur. Yeni iqtisadi dövr informasiya dövrüdür. Yeni İqtisadiyyat, yeni çıxan texnologiyaların davam edən iqtisadiyyata təsirini təsvir edən bir sözdür. Tekstil ağırlıqlı sənaye istehsalın geniş olduğu 1800-cü illərin sonlarında avtomobil, elektrik enerjisi və sonradan radio, telefon və televiziya kimi yeni ixtiraların çıxması ilə başlayan dövrü təsvir edir.

Müasir dövrün yeni iqtisadiyyatı, informasiya cəmiyyəti, informasiya istehsalı, yaradıcılıq, informasiya kimi anlayışlarla əlaqələndirilir. Yeni iqtisadiyyat həqiqətən də informasiya və biliyin məhsulu yeni texnologiyaları istifadə edir və bu yeni texnologiyalar iqtisadiyyatın hər sahəsində səmərə artırır.

Müasir dövrdə hər bir xalqın, dövlətin gələcək taleyini təkcə onun malik olduğu zəngin təbii sərvətlər deyil, həm də elmi-mədəni və intellektual imkanları, bütün bunların da fövqündə dayanan insan kapitalı müəyyənləşdirir. Funksional imkanları elm və təhsilin ictimai həyatın ən müxtəlif sahələrində tətbiqi yolu ilə gerçəkləşdirilən bu əvəzsiz kapital hazırkı mərhələdə fərd və ictimai toplumların, geniş mənada, xalqların gələcək inkişafının, yaşayış səviyyəsinin, habelə qazandığı nailiyyətlərin rəhni kimi çıxış edir.

Hər bir dövlətin iqtisadi inkişafı elmin inkişafı ilə birbaşa qarşılıqlı surətdə əlaqəlidir. Yeni mərhələdə elmi-texniki tərəqqinin fərqləndirici cəhəti dünya standartlarına cavab verən yeni, daha keyfiyyətli elmtutumlu məhsulun istehsalına imkan verən mütərəqqi texnoloji proseslərə və çevik istehsalata sürətli keçiddir.

 

Mayisə ABBASOVA 

Naxçıvan Dövlət Universiteti “İqtisadiyyat”   

kafedrasının baş müəllimi

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930