SON DƏQQƏ

naxcivanxeberleri.com

 Naxçıvan Müəllimlər İnstitutu öz işini günün tələbləri səviyyəsində davam etdirir-FOTO

 Naxçıvan Müəllimlər İnstitutu öz işini günün tələbləri səviyyəsində davam etdirir-FOTO
21-04-2020, 18:21

           21 aprel 2020-ci il tarixdə     Naxçıvan Müəllimlər İnstitutunun Elmi Şurasının növbəti iclası onlayn qaydada keçirilmişdir. Onlayan iclasa Elmi Şura üzvləri, struktur rəhbərləri və dəvətlilər qoşulmuşlar.

 

İnstitutun mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, İnstitutun rektoru Azad Novruzov iclası açaraq qeyd etmişdir ki, koronovirus pandemiyasının respublikamızda yayılmasının qarşısının alınması məqsədi ilə görülmüş tədbirlər nümunəvi səviyyədə davam etdirilir.Ölkəmizdə insan amili hər şeydən üstün tutularaq vətəndaşlarımızın sağlamlığının qorunması üçün bir sıra mühüm qərarlar qəbul olunmuş və icra olunmaqdadır.Vətəndaşının mənafeyini qoruyan dövlətimiz tərəfindən bir sıra sosial layihələr həyata keçirilir ki, onlardan biri də aztəminatlı ailələrin övladlarının təhsil haqqının ödənməsini dövlətin öz üzərinə götürməsidir.Naxçıvan Müəllimlər İnstitutunun professor-müəllm və tələbə kollektivi görülmüş bütün işləri təqdir edir və vətəndaşlara göstərilən diqqət və qayğı üçün ölkə başçısına minnətdarlığını bildirir.Naxçıvan Muxtar Respublikasında aparılmış təxirəsalınmaz qabaqlayacı  tədbirlərin  nəticəsidir ki, muxtar respublikada koronovirusa yoluxma halları və itki minimum səviyyədədir.Uzaqgörənliklə vaxtında görülmüş məqsədyönlü işlər, qurulmuş  yüksək keyfiyyətli maddi-texniki baza və formalaşdırılmış kadr potensialı karantin rejimi dövründə də təlim-tərbiyyə işinin günün tələbləri səviyyəsində aparılmasına imkan yaratmışdır.Çox yaxşı haldır ki, inkişaf etmiş dünya ölkələrində karantin dövründə təhsil hansı səviyyədə təşkil olunmuşsa respublikamızda və o cümlədən Naxçıvan Müəllimlər İnstitutunda da eyni formada təşkil olunmuşdur.

         Sonra  Onlayn iclasda  Elmi Şuranın gündəliyi təsdiq olunmuş, gündəliyə uyğun olaraq, Naxçıvan Müəllimlər İnstitutu Elmi Şurasının tərkibində qismən dəyişikliklər edilməsi,  Naxçıvan Müəllimlər İnstitutunda karantin dövründə tədrisin təşkili vəziyyəti və qarşıda duran vəzifələr, Naxçıvan Müəllimlər İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə 2019-cu ildə qəbul olunmuş doktorant və dissertantların müvafiq kafedralara təhkim olunması, onların dissertasiya mövzusu, fərdi iş planı və elmi rəhbərlərinin (məsləhətçiləri)  təsdiqi haqqında  məsələlər müzakirə olunmuş, uyğun qərarlar qəbul olunmuşdur.

       Elmi Şuranın gündəliyinə uyğun olaraq institutun İxtisasartırma və yenidən hazırlanma üzrə prorektoru Çapay Quliyev, elmi katib Qurban Qurbanlı, fakültə dekanları Arif Ağalarov və  Rövşən Vəliyev məruzələrlə çıxış etmişlər.

       Mərüzələrdə qeyd olunmuşdur ki, ölkəmizdə karantin rejimi tətbiq olunan ilk günlərdən başlayaraq Naxçıvan Müəllimlər İnstitutunda mövcud vəziyyətin təlim və tərbiyə prosesinə mənfi təsirini minimum səviyyəyə  endirmək üçün qabaqlayıcı tədbirlərin həyata keçirilməsi məqsədilə müvafiq qərarlar qəbul edilmişdir.

 İlk olaraq 2019/2020 – ci tədris ilinin ikinci yarımili (yaz semestri ) üçün tədrisi nəzərdə tutulan fənlərin (ixtisaslar və kurslar üzrə) mühazirə mətnləri, imtahan sualları institutun rəsmi saytında (nmi.edu.az) yerləşdirilmişdir.

Yaranmış şəraitə uyğun olaraq tədris prosesi dərs cədvəlində göstərilmiş qrafikə uyğun olaraq Zoom Cloud Meetings proqramı vasitəsilə təşkil edilir. İnstitutun professor-müəllim heyyətinin  Zoom Cloud Meetigs və tədrisin onlayn qaydada təşkilini təmin edən digər proqramlardan istifadə biliklərinin artırılması məqsədilə onlayn qaydada kurslar təşkil olunmuş və maarifləndirici bilikləri özündə əks etdirən video çarxlar hazırlanaraq əməkdaşlara təqdim edilmişdir. 

Əlavə tədbirlər olaraq professor-müəllim heyyətinin tədris etdiyi fənnlərin video formatında mühazirələri  hazırlanır və institutun rəsmi facebook səhifəsinə yerləşdirilir.

Müntəzəm olaraq dekanlıq və kafedralarda onlayn iclaslar keçirilərək görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunur.

Təlim işləri ilə yanaşı ,tərbiyə işləri də diqqət mərkəzində saxlanılır. Bu müddət ərzində tələbələrlə əlaqə yaradılaraq müxtəlif maarifləndirici tədbirlərə qoşulmaları təmin edilmişdir. Bunlardan "Naxçıvanın səsi "radiosu və "Kanal 35 "televiziyasının birgə hazırladığı “evdə qal, kitabsız qalma” adlı layihəsində iştirak, onlayn kitab müzakirələrinin təşkili, müxtəlif ixtisaslarda təhsil alan tələbələrin ixtisaslarına uyğun onlayn tədbirlərin hazırlamasını  misal göstərmək olar.

İnstitutun əsas istiqamətlərindən biri olan ixtisasartırma və yenidənhazırlanma sahəsində də işlər onlayn qaydada davam etdirilir. Bu istiqamətdə  “Sosial izoliasiya şəraitində valideynlərimizə dəstək olaq” adı altında onlayn layihəyə start verilmişdir. Bununla yanaşı , Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi ilə birgə gənclərin psixoloji maarifləndirilməsi istiqamətində onlayn təlimlər nəzərdə tutulmuş və elan olunmuşdur. 

Təlim və tərbiyə işləri ilə yanaşı,  elmi-metodiki işlər çərçivəsində professor-müəllim heyyətinin respublikada və xaricdə müxtəlif elmi jurnallarda və kütləvi informasiya vasitələrində məqalələri dərc olunmuşdur. İnstututun Elmi əsərlər jurnalının növbəti nömrəsinə verilmiş məqalələr korrektə edilərək çap vəziyyətinə salınmışdır.

Sonda onlayn dərslərdən nümunələrə baxış oldu və keyfiyyətin artırılması istiqamətində müəyyən qərarlar qəbul edildi.

 Naxçıvan Müəllimlər İnstitutu öz işini günün tələbləri səviyyəsində davam etdirir-FOTO

 Naxçıvan Müəllimlər İnstitutu öz işini günün tələbləri səviyyəsində davam etdirir-FOTO
 Naxçıvan Müəllimlər İnstitutu öz işini günün tələbləri səviyyəsində davam etdirir-FOTO

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930