SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycanda imtahan formatları karantinə uyğun formada hazırlanacaq

Azərbaycanda imtahan formatları karantinə uyğun formada hazırlanacaq
21-04-2020, 12:40

Karantin rejiminə uyğun olaraq, imtahanların formatını də hazırlayacağıq.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, imtahanlarda sanitar-gigiyenik tələblər dəyişdiriləcək:

“Məsələn, bir parta arxasında 1 nəfər əyləşəcək. Onların arasında 1,5 metr məsafə olmalıdır. İndi əsas məqsəd sanitar-gigiyenik təhlükəsizliyin təmin edilməsidir. Bu kütləvi prosesin hansı formatda keçirilməsi yalnız bizim qərardan asılı deyil".

M.Abbaszadə qeyd edib ki, martın 1-dək bütün məktəblərdə tədris prosesi həyata keçirilib:

“Aprel ayında 11-ci siniflər üçün buraxılış imtahanları keçirməli idik, martda 1 həftədən çox tətil də nəzərdə tutulmuşdu. Bizim imtahana aid olan bütün proqramlar dekabr ayında elan edilmişdi. Onlayn resurslar internetdə yerləşdirilib. Kimsə dərsi keçməyibsə, Youtube kanalı vasitəsilə bizim vizuallaşdırılmış dərslərimizə baxa bilər. Təbii ki, kiminsə interneti də olmaya bilər. Dərsliklər də hər kəsə verilib. Dərslərin iki ay olmaması təbii ki uşaqlara psixoloji baxımdan təsir göstərir. Amma bu, o demək deyil ki, onlara dərsləri mənimsəməmək üçün şərait yaradılmayıb. Yeni imtahan qrafikinin tərtibini biz Təhsil Nazirliyi ilə də razılaşdıracağıq. Bu məsələlər müzakirələrdən sonra elan ediləcək”.

M.Abbaszadə əlavə edib ki, qiymətləndirmənin ədalətliliyi qorunub saxlanılmalıdır:

"Kiminsə interneti yoxdursa, bu, o demək deyil ki, kimsə qiymətləndirmədən kənarda qalmalıdır".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930