SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda vətəndaşların dövlət qulluğuna qəbulu diqqət mərkəzində saxlanılır

Naxçıvanda vətəndaşların dövlət qulluğuna qəbulu diqqət mərkəzində saxlanılır
13-02-2019, 10:00

Naxçıvan Muxtar Respublikasında vətəndaşların dövlət qulluğuna qəbulu, namizədlərin bilik və bacarıqlarının artırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən həyata keçirilən tədbirlər cari ilin yanvar ayında da davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, 7-21 yanvar 2019-cu il tarixlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 5 noyabr 2018-ci il tarixdə elan olunmuş müsabiqənin test imtahanları mərhələsi keçirilmişdir. Müsabiqəyə çıxarılan 305 vakant vəzifənin tutulması üçün 583 namizəd sənəd təqdim etmiş, onlardan 570-i test imtahanında iştirak etmişdir. Test imtahanlarında 257 nəfər keçid balını toplamış və müsahibə mərhələsində iştirak etmək hüququ qazanmışdır.
Ötən dövrdə Komissiyanın Əsasnaməsinə uyğun olaraq dövlət qulluğuna qəbul olmaq istəyən 18, gömrük orqanlarında xidmətə qəbul olunmaq istəyən 11 və Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində işə qəbul olmaq istəyən 24 namizədin iştirakı ilə hazırlıq kursları təşkil edilmiş, gömrük orqanlarında xidmətə qəbul olunmaq istəyən şəxslər üçün keçirilmiş sınaq imtahanlarında 35 nəfər iştirak etmişdir.
Komissiya müvafiq dövlət orqanlarının müraciətləri əsasında vakant şöbə və sektor müdiri vəzifələrinin tutulması üçün 10 nəfərin iştirakı ilə test imtahanı keçirmiş, onlardan 3-ü test imtahanlarında müvəffəqiyyət qazanaraq müvafiq Sertifikatlar əldə etmişdir. Həmçinin vakant inzibati rəhbər vəzifələrin tutulması üçün keçirilmiş test imtahanlarında müvafiq keçid balını toplamış 3 nəfərin müsahibə mərhələsində komissiyanın nümayəndəsinin iştirakı təmin edilib.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930