SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası onlayn fəaliyyətə başlayıb

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası onlayn fəaliyyətə başlayıb
16-04-2020, 12:09

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası tələbələrin bütün dünyada koronavirus pandemiyası ilə mübarizə aparıldığı günlərdə belə mütaliə vərdişindən geri qalmamaları üçün onlayn fəaliyyətə başlayıb. Bu məqsədlə həftədə iki dəfə olmaqla universitetin bütün fakültələrinin tələbələrinin iştirakı ilə onlayn kitab müzakirələri təşkil edilir.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,“Kitablardan pıçıltılar” adlı onlayn müzakirədə ilk dəfə Mıhımmıdhüseyn Şəhriyarın nisgilli taleyi və ömür yoluna nəzər salınıb və şairin şah əsəri sayılan “Heydərbabaya salam” poeması bədii qiraət edilib. Qeyd olunub ki, poema əslində şairin uşaqlıq yaddaşında yaşayan ucqar bir kəndin xiffəti ilə yazılsa da, bütöv Vətən haqqında dastan dəyərindədir. 

Ədibin bu əsərində Vətənə, el-obaya, adət-ənənələrə, milli-mənəvi dəyərlərə bağlılıq öz əksini tapıb. Tələbələr şairin “Yar qasidi”, “Behcətabad xatirəsi”, “Eynşteynə məktub” və digər şeirlərini də səsləndiriblər. 25 tələbənin iştirakı ilə keçirilən müzakirədə ustad Şəhriyarın yaradıcılığı ilə bağlı suallar da cavablandırılıb. Şairin xatirələrindən söz açılıb, onun geriyə qalan sevgi və ağrı dolu məktubları oxunub.

Sonda kitabxananın direktoru Fariz Əhmədov qeyd edib ki, artıq kitabxana lib.ndu.edu.az saytı vasitəsilə 24 saat onlayn fəaliyyət göstərir. Hər hansı kitabı oxumaq istəyən tələbə kitabın adını bu elektron ünvana göndərməklə 1 saat müddətində həmin kitabın pdf variantını və yaxud linkini əldə edir. Vurğulanıb ki, son 3 gün ərzində dərs vəsaiti, dərsliklər, bədii ədəbiyyat olmaqla 200-dən çox oxucu müraciəti cavablandırılıb. 

 

 

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930