SON DƏQQƏ

naxcivanxeberleri.com

Tədris ilinin müddəti ilə bağlı RƏSMİ AÇIQLAMA

Tədris ilinin müddəti ilə bağlı RƏSMİ AÇIQLAMA
14-04-2020, 17:11

Təhsil nazirinin müavini İdris İsayev karantin rejimi ilə əlaqədar tədris ilinin müddətinin uzadılıb-uzadılmayacağı məsələsinə münasibət bildirib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, İdris İsayev qeyd edib ki, karantin dövründə təhsil proqramları üzrə teledərslər keçirilir:

“Biz karantin rejimi bitdikdən sonra vəziyyəti öyrənmək üçün qiymətləndirmə aparacağıq. Əgər görsək ki, bu tədris ilinin müddətinin artırılmasına həqiqətən də zərurət var, onda bu qərarı qəbul edəcəyik. Yaxud görsək ki, belə bir zərurət yoxdur, şagirdlərimiz təhsil proqramlarını müəyyən səviyyədə mənimsəyiblər, onda biz tədris ilinin müddətinin uzadılması məsələsinə baxmayacağıq”.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar martın əvvəlindən ölkənin bütün təhsil müəssisələrində tədris prosesi dayandırılıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930