SON DƏQİQƏ

naxcivanxeberleri.com

Evdə qal, amma təhsildən geri qalma!

Evdə qal, amma təhsildən geri qalma!
9-04-2020, 13:07

Universitetin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, ölkə ərazisində koronovirus pandemiyası ilə əlaqədar bütün ümumtəhsil müəssisələrində dərslərin keçirilməsi təxirə salınıb. Artıq uzun zamandır "Naxçıvan" Universitetində təhsil alan tələbələrin təhsildən geri qalmaması və evdə olduqları zaman vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə tələbələr üçün elektron baza yaradılıb. Hər bir tələbə “Naxçıvan” Universitetinin elektron bazası əsasında yaradılmış “tələbə paneli”nə daxil olaraq müvafiq semestr üzrə keçdiyi fənnlərin mühazirələrini həm elektron formada, həm də müəllimlər tərəfindən izah olunmuş video formatda əldə edə bilər. Əziz tələbələrimiz! Evdə qalaq, amma təhsildən geri qalmayaq! “Tələbə paneli”ndən istifadə qaydaları aşağıdakı videoçarxda daha ətraflı izah olunub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930