SON DƏQİQƏ

naxcivanxeberleri.com

Kimlər gənc alim hesab olunacaq? - Yaş dəqiqləşdirildi

Kimlər gənc alim hesab olunacaq? - Yaş dəqiqləşdirildi
11-02-2019, 09:02 192 dəfə baxılıb

Azərbaycanda "gənc alim və tədqiqatçı" anlayışı dəqiqləşdirilib.

Bununla bağlı "Gənclər siyasəti haqqında" qanuna dəyişikliklər edilir.

Dəyişikliklərə əsasən, qanuna "gənc alim və tədqiqatçı" anlayışı əlavə edilir.

Gənc alim və tədqiqatçılar yaşı 35-dən çox olmayan alim və tədqiqatçılar hesab olunacaqlar. Onların elmi fəaliyyətinin dəstəklənməsi dövlətin gənclərin siyasətinin həyata keçirilməsi sahəsində əsas vəzifələrindən biri olacaq.

"Gənclər siyasəti haqqında" qanunun hazırkı varinatına görə, gənclər yaşı 14-dən 29-dək olan şəxslər, gənc ailələr yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideynlər hesab edilirlər.

Qanunda hansı yaşdan olan şəxslərin gənc alim hesab edilməsi isə dəqiqləşdirilməyib.

Yeni layihədə gənclik yaşı, eyni zamanda gənc ailə anlayışı olduğu kimi saxlanılıb, buraya yalnız kimlərin gənc alim hesab edildiyi əlavə edilib.(Trend)

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728