SON DƏQİQƏ

naxcivanxeberleri.com

Tələbələrin məsafədən təhsili üçün yeni imkan yaradılıb

Tələbələrin məsafədən təhsili üçün yeni imkan yaradılıb
1-04-2020, 11:53

Təhsil Nazirliyi tərəfindən təlim-tədris prosesinin məsafədən təşkili məqsədilə ali və orta ixtisas təhsil pillələri üzrə “Microsoft Teams” platformasından ödənişsiz istifadə imkanı yaradılıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, platformadan istifadə üzrə müəllim və tələbələr üçün video-təlimatlar hazırlanaraq video dərslər (video.edu.az) portalında yerləşdirilib.

Təhsil müəssisələri sözügedən platforma vasitəsilə videobağlantı imkanı əldə edərək məsafədən təhsil vermək, müəllim-tələbə müzakirəsinin təşkili üçün interaktiv alətlərdən istifadə, sillabus, mühazirə kimi müxtəlif dərs materialları və daha böyük həcmli materiallar ötürmək, təqvim aləti vasitəsilə onlayn dərsləri planlaşdırmaq, qrup işinin təşkili və qiymətləndirmə alətlərindən istifadə etmək kimi geniş imkanlardan faydalana bilərlər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2020    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031