SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda təhsildən yayınma halları ilə bağlı komissiyalar yaradılacaq

Azərbaycanda təhsildən yayınma halları ilə bağlı komissiyalar yaradılacaq
25-03-2020, 14:05

Azərbaycanın ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsilalanların yataqxana ilə təmin olunması məqsədilə tədbirlər davam etdiriləcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Sazişində tərəflərin götürdüyü öhdəlikdə öz əksini tapıb.
Sazişə əsasən, tərəflər eyni zamanda ölkənin şəhər və rayonlarında məktəbyaşlı uşaqların təhsildən yayınması hallarının üzə çıxarılması, onun səbəblərinin araşdırılması və uşaqların məktəblərə qaytarılması üzrə yerli icra hakimiyyəti, həmkarlar ittifaqı və təhsil orqanlarının nümayəndələrindən ibarət komissiyaların yaradılması öhdəliyini götürüb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930