SON DƏQİQƏ

naxcivanxeberleri.com

İnformatika üzrə videodərslər hazırlanır

İnformatika üzrə videodərslər hazırlanır
19-03-2020, 12:20

Ümumi təhsil müəssisələrində tədris prosesinin dayandırılması ilə əlaqədar dərslərin onlayn öyrənilməsi məqsədilə informatika fənnindən videodərslər hazırlanır.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib. 

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində hazırlanan videodərslər Azərbaycan və rus bölmələri olmaqla III-VIII sinifləri əhatə edir. Dərslərdən faydalanmaq istəyən şagirdlər Video Dərslər Portalı, “Rəqəmsal bacarıqlar” layihəsinin "Youtube" kanalı və "Facebook" səhifəsindən izləmək imkanı əldə edə bilərlər.

Qeyd edək ki, “Rəqəmsal bacarıqlar” layihəsi 2019-2020-ci tədris ilində Bakı, Sumqayıt, Gəncə, Biləsuvar, Şamaxı və Mingəçevir şəhərləri üzrə 123 məktəbi əhatə edir. Hazırda layihə çərçivəsində 70 mindən çox şagird "İnformatika" fənnini yeni formatda öyrənməkdədir.

2017-2018-ci tədris ilində tətbiqinə başlanılan layihə şagirdlərdə alqoritmik düşüncə, məntiq, layihə əsaslı öyrənmə bacarıqlarının inkişafı və proqramlaşdırma əsaslarının öyrədilməsi məqsədini daşıyır. Layihə təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsinə, onların gələcəkdə informasiya məkanında sərbəst və məqsədyönlü fəaliyyətinə, rəqabətqabiliyyətli və qeyri-standart düşüncə tərzinə malik şəxslər kimi formalaşmasına şərait yaradır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930