SON DƏQİQƏ

naxcivanxeberleri.com

VI Ağıl Oyunları Festivalı keçiriləcək

VI Ağıl Oyunları Festivalı keçiriləcək
11-12-2018, 16:39

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə ənənəvi ‘’VI Ağıl Oyunları Festivalı’’ keçiriləcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, poplulyar intellektual oyunlar olan “Nə? Harada? Nə zaman?” və Xəmsə Milli İntellektual Oyunu üzrə təşkil ediləcək Festival Xəzər İntellektual Gənclər Klubu tərəfindən hər il keçirilən ənənəvi turnirlərdəndir. Festival çərçivəsində seçim turları və finalın keçirilməsi planlaşdırılır.

VI Ağı Oyunları Festivalının keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafının təmin olunması və intellektual oyunlar hərəkatının bütün ölkəni əhatə etməsinin reallaşdırılmasıdır.

Layihənin seçim turları dekabr-fevral ayları ərzində keçiriləcək. Seçim turlarında ən yaxşı nəticə göstərmiş komandalar Festivalın finalına vəsiqə qazanacaqlar. Final oyunu fevral ayının sonunda Bakı şəhərində təşkil olunacaqdır.

Seyfur Hacımuradov

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031