SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Naxçıvan” Universitetində “ elmi-nəzəri konfrans keçirilib-FOTO

“Naxçıvan” Universitetində “  elmi-nəzəri konfrans keçirilib-FOTO
27-02-2020, 18:58

“Naxçıvan” Universitetində “1 Mart Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş konfrans keçirilmişdir. Konfransın keçirilməsində məqsəd “1 Mart Ümumdünya Mülki Müdafiə günü” ilə bağlı tədbir iştirakçılarına mülki müdafiənin məqsəd və prinsiplərinin çatdırılması və bu məqsəd və prinsiplərin həyata keçirilməsinin əhəmiyyətini bir daha “Naxçıvan” Universitetinin müəllim-tələbə kollektivinə xatırlatmaq olmuşdur.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin dekanı Naim Cahidzadə konfransın əhəmiyyətindən danışmış və bu cür tədbirlərin mütəmadi olaraq həyata keçirilməsinin tələbələrin təhlükəsizliyinin təmin edilməsindəki önəmini vurğulamışdır.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin baş məsləhətçisi Əbülfəz Qafarov “1 Mart Ümumdünya Mülki Müdafiə günü” mövzusunda danışaraq muxtar respublikanın mülki müdafiə sistemi, eləcə də mülki müdafiə təbliğatı və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması barədə ətraflı məlumat verib. Fövqəladə hadisələr zamanı xəsarət alanlara yerində ilk tibbi yardımın göstərilməsi, yanğınların qarşısının alınması, yanğına səbəb olan amillərin aradan qaldırılması, fərdi mühafizə vasitələri və kollektiv mühafizə qurğuları haqqında məlumatların olması, əleyhqazların ölçülərinin alınması üsulları və bunlardan istifadə üsulları barədə nəzəri biliklərin və praktiki vərdişlərin təkmilləşdirilməsi, fövqəladə hallar zamanı təxliyənin təşkili qaydalarına xüsusi diqqət yetirilməsi tövsiyyə olunub.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə işinin təşkili şöbəsinin baş məsləhətçisi, dövlət qulluqçusu Azadə Cəfərova “Təbii və texnogen fəlakətlər zamanı davranış qaydaları” ndan bəhs edərək qeyd edib ki, gündəlik həyatımızda baş verəcək hadisələrə hər zaman hazırlıqlı olmalı və bu zaman davranış qaydalarını bilməliyik. Bu davranış qaydalarını bilməklə və ətrafdakı insanlara öyrətməklə dəyən ziyanı minimuma endirmək və daha az insanın xəsarət almasına nail olmaq olar. Nəzərə çatdırılıb ki, bu səbəbdən əhalinin maarifləndirilməsi, müxtəlif ekstremal vəziyyətlərdə əvvəlcədən hazırlıqlı olması, özünə və qarşılıqlı yardım qaydaları və üsullarını bilməsi mühüm şərtlərdən biridir.


“Naxçıvan” Universitetində “  elmi-nəzəri konfrans keçirilib-FOTO“Naxçıvan” Universitetində “  elmi-nəzəri konfrans keçirilib-FOTO
“Naxçıvan” Universitetində “  elmi-nəzəri konfrans keçirilib-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031