SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Müəllimlər İnstitutunda dəyirmi masa təşkil olunub-FOTO

Naxçıvan Müəllimlər İnstitutunda dəyirmi masa təşkil olunub-FOTO
27-02-2020, 16:48

27 fevral 2020-ci il tarixdə Naxçıvan Müəllimlər İnstitutunda “ Orfoqrafik bacarıqların formalaşdırılması və yazı işləri” mövzusunda dəyirmi masa təşkil olunub.

Dəyirmi masada institutun Dillər və ədəbiyyat kafedrasının professor-müəllim heyəti, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşları, ümumtəhsil məktəblərinin azərbaycan dili və ədəbiyyat müəllimlərinin bir qrupu və tələbələr iştirak edib.

İnstitutun mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri institutun rektoru Azad Novruzov açaraq Naxçıvan Müəllimlər İnstitutu ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müəllimlərin ixtisasartırma və təkmilləşdirilməsi sahəsində əməkdaşlığını qeyd etmiş, keçirilən konfrans, seminar, və dəyirmi masaların əhəmiyyətini diqqətə çatdırmışdır. Rektor bildirmişdir ki, müasir təhsilimizin qarşısında duran mühüm vəzifələrdən biri gələcək peşəsindən asılı olmayaraq dilimizdə düzgün danışmağı və gözəl yazmağı bacaran vətəndaşlar yetişdirməkdir. Şifahi və yazılı nitqin inkişaf etdirilməsində bütün ixtisas müəllimləri müəyyən qədər məsuliyyət daşıyırlar. Lakin ümumtəhsil məktəblərində bu işin məqsədyönlü təşkili birbaşa azərbaycan dili və ədəbiyyat müəllimlərinin üzərinə düşür.

Sonra ”Orfoqrafik bacarıqların formalaşdırılmasında imla yazılarının rolu” mövzusunda Dillər və ədəbiyyat kafedrasının müdiri, professor Akif İmanlı, həmçinin həmin kafedranın professoru Sədaqət Həsənova və dosent Samirə Həsənovanın çıxışları dinlənilmişdir. Çıxışların hər biri geniş diskussiya şəraitində müzakirə olundu.


Naxçıvan Müəllimlər İnstitutunda dəyirmi masa təşkil olunub-FOTO
Naxçıvan Müəllimlər İnstitutunda dəyirmi masa təşkil olunub-FOTO
Naxçıvan Müəllimlər İnstitutunda dəyirmi masa təşkil olunub-FOTO

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031