SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Naxçıvan” Universitetində “XX əsrin ən böyük faciəsi-Xocalı soyqırımı” adlı elmi konfrans keçirilib-FOTO

“Naxçıvan” Universitetində “XX əsrin ən böyük faciəsi-Xocalı soyqırımı” adlı elmi konfrans keçirilib-FOTO
25-02-2020, 18:34

“Naxçıvan” Universitetində Ümumi tarix kafedrasının təşkilatçılığı ilə “XX əsrin ən böyük faciəsi-Xocalı soyqırımı” mövzusunda elmi konfrans keçirilib.

Universitetin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, konfransda əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva bildirib ki, bəşər tarixinin ən amansız və qanlı hadisələrindən sayılan Xocalı soyqırımından 28 il ötür. Bu hadisə mənfur ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırım siyasətinin növbəti mərhələsi idi. Yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Xocalıda törədilən cinayətlər barədə əsl həqiqətlər dünya ictimaiyyətinə çatdırılıb. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul edib. 1997-ci il fevral ayının 25-də isə ulu öndərimiz Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.
Daha sonra universitetin “Ümumi tarix” kafedrasının müəllimləri , dosent Asəf Orucovun “ Xocalı soyqırımı-xalqımıza qarşı törədilən faciələrin son halqasıdır”, Salatın Rzazadənin “Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması” və universitetin “Azərbaycan dili və ədəbiyyat” kafedrasının müdiri , dosent Nüşabə Məmmədovanın “Xocalı faciəsi bədii ədəbiyyatda” mövzularında çıxışları dinlənilib.
Bildirilib ki, bu soyqırımı törədənlər gec-tez ədalət mühakiməsi qarşısına çıxacaq, öz dəhşətli cinayətlərinə görə cavab verməli olacaqlar.
Sonda Türkiyənin İstanbul Universitetinin professoru Haluk Tanrıverdinin “Xocalı faciəsi türk dünyasının gözü ilə” mövzusunda çıxışı dinlənilib, tələbələrin hazırladığı ədəbi-bədii kompozisiyalar nümayiş olunub.


“Naxçıvan” Universitetində “XX əsrin ən böyük faciəsi-Xocalı soyqırımı” adlı elmi konfrans keçirilib-FOTO“Naxçıvan” Universitetində “XX əsrin ən böyük faciəsi-Xocalı soyqırımı” adlı elmi konfrans keçirilib-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930