SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Müəllimlər İnstitutunda ana dilinə həsr olunmuş elmi-praktik konfrans keçirilib-FOTO

Naxçıvan Müəllimlər İnstitutunda ana dilinə həsr olunmuş  elmi-praktik konfrans keçirilib-FOTO
20-02-2020, 16:00

Bugün Naxçıvan Müəllimlər İnstitutunda “Beynəlxalq Ana dili günü”nə həsr olunmuş “Azərbaycan dili müasir dünyada: ekstralinqvistik və linqvistik problemlər” adlı elmi-praktik konfrans keçirilmişdir.

İnstitutun mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,tədbiri giriş sözü ilə açan institutun rektoru Azad Novruzov hər bir millətin maddi və mənəvi irsinin qornması və inkişafında dilin əvəzsiz rolundan danışaraq, ana dilimizin dövlət dili statusuna yüksəldilməsini milli dövlətçilik tariximizin qızıl səhifəsi kimi qiymətləndirmişdir. Natiq dilimizin dövlət dili statusuna yüksəldilməsini, ana dilimizin qorunması, hər tərəfli inkişafı və beynəlxalq münasibətlər sisteminə yol tapmasında ulu öndər Heydər Əliyevin düşünülmüş siyasətinin əhəmiyyətini xüsusi olaraq tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.
Tədbirdə “Beynəlxalq Ana dili günü”nün yaranması və mahiyyəti mövzusunda çıxış edən professor Akif İmanlı UNESCO tərəfindən 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə “Beynəlxalq Ana dili günü”nün elan olunması, Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan insanların taleyi haqqında məlumat verdikdən sonra Azərbaycan dilinin saflığı və təmizliyinin qorunması üçün dövlət başçısının təşəbbüsü ilə qəbul edilmiş qanun, imzalanmış fərman və sərəncam barədə tədbir iştirakçılarını məlumatlandırmışdır.
“Azərbaycan dilinin üslubi imkanları və məna çalarlıqları” mövzusunda çıxış edən dosent Fəxriyyə Cəfərova dilimizin işlənmə arealı, onun çoxmənalılığı və üslubi çalarlığı ilə bağlı fikirlərini ifadə etmişdir.
Sonda tələbələrin ifasında ana dilimizlə bağlı yazılmış, şeirlərin bədii qiraəti dinlənilib.

Naxçıvan Müəllimlər İnstitutunda ana dilinə həsr olunmuş  elmi-praktik konfrans keçirilib-FOTO
Naxçıvan Müəllimlər İnstitutunda ana dilinə həsr olunmuş  elmi-praktik konfrans keçirilib-FOTO
Naxçıvan Müəllimlər İnstitutunda ana dilinə həsr olunmuş  elmi-praktik konfrans keçirilib-FOTO

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930