SON DƏQİQƏ

naxcivanxeberleri.com

Məktəbi vaxtından əvvəl bitirəcək şagirdlərin verdiyi imtahanın nəticələri məlum oldu

Məktəbi vaxtından əvvəl bitirəcək şagirdlərin verdiyi imtahanın nəticələri məlum oldu
14-02-2020, 11:21

Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında keçirilən imtahanların nəticələri bəlli olub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Bakı Şəhərı üzrə Təhsil İdarəsindən verilən məlumata görə, imtahanlarda şagirdlərin hazırda təhsil aldıqları sinfin II (ikinci), növbəti sinfin I (birinci) yarımili üzrə fənn proqramlarını mənimsəmə səviyyələri, psixoloji dayanıqlıqları, yaradıcı potensialları, ümumi dünyagörüşü səviyyələri yoxlanılıb və ibtidai təhsil səviyyəsi üzrə 3 (üç) şagird müvəffəqiyyət qazanıb. Belə ki, Bakı şəhəri 319 nömrəli tam orta məktəbin III sinif şagirdi Məhəmməd Həsənli, 95 nömrəli tam orta məktəbin III sinif şagirdi Cəlil Baxşızadə, 86 nömrəli tam orta məktəbin III sinif şagirdi Amin Şükürzadə imtahanlarda uğur qazanaraq IV sinfin II yarımilində təhsillərini davam etdirmək şansını əldə ediblər.

Qeyd edək ki, paytaxtdakı 175 nömrəli tam orta məktəbdə təşkil olunan eksternat imtahanlarında ibtidai təhsil səviyyəsi üzrə 10(on), ümumi orta təhsil səviyyəsi üzrə 1(bir), tam orta təhsil səviyyəsi üzrə isə 5(beş) nəfər olmaqla, ümumilikdə 16 şagird iştirak edib. Şagirdlərhər fəndən 10 sual olmaqla 3 saat ərzində biliklərini nümayiş etdiriblər. Test imtahanından uğurla keçən istedadlı şagirdlər müsahibəyə cəlb olunublar.

Onu da qeyd edək ki, Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları”na əsasən, ümumi təhsil üzrə təhsil səviyyələrini vaxtından əvvəl bitirmə yalnız ibtidai təhsildə III, ümumi orta təhsildə VIII, tam orta təhsildə X sinif şagirdlərinə şamil olunur. Hər hansı bir şagird ümumi təhsil pilləsində oxuduğu müddətdə təhsil səviyyələrindən yalnız birini vaxtından əvvəl bitirə bilər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31