SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sədərək rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında "İnşa" yazı müsabiqəsi keçirilib

Sədərək rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında
13-02-2020, 20:06

13 fevral 2020-ci il tarixində Sədərək rayon Təhsil şöbəsinin təşkilatçılığı ilə Sədərək rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında " 21 fevral Ana dili " günü ilə əlaqədar "İnşa" yazı müsabiqəsi keçirilib.
​NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, müsabiqə rayonun ​ ümumtəhsil məktəblərinin IX-XI​ sinif​ şagirdləri​ arasında​ keçirilib. Keçirilən inşa yazı müsabiqəsində rayon Təhsil şöbəsinin əməkdaşlarıda iştirak edib. Müsabiqədə çıxış edən Təhsil şöbəsini metodkabinetinin müdiri Bulud Bağırlı şagirdlərə uğurlar arzulayıb.
Daha sonra qaliblər aşağıdakı qaydada müəyyən olunub.
​ Sədərək kənd 1 nömrəli tam orta məktəbi üzrə ​I yer Bağırova Firuzə Sahib qızı, II yer Quliyeva Şəfa Murad qızı və III cü yer Əsgərova Əfsanə Əli qızı , Sədərək kənd 2 nömrəli tam orta məktəbi üzrə ​ I yerə ​Vəliyeva Nurtən Həmzə qızı, II yerə Qasımova Seyran Kamran qızı, III yerə isə Şahhüseynova Aytən Fazil qızı, Heydərabad qəsəbə tam orta məktəbi üzrə I yerə Kazımova Səriyyə Əzim qızı, II yerə Bayramlı Şəfayət Kamal qızı, III yerə Əlizadə Gülçin Eldəniz qızı və Qaraağac kənd tam orta məktəbi üzrə I yerə Mehdiyev Nurlan Əli oğlu, II yerə İbrahimli Tərlan Asəf qızı, III yerə isə əlizadə Nihad Elçin oğlu layiq görülüblər.

​ ​İnşa yazı müsabiqəsinin qalibləri təşkilatçıların diplom və fəxri fərmanları ilə mükafatlandırılıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829