SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən şahmat üzrə şəxsi birincilik yekunlaşıb

Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən şahmat üzrə şəxsi birincilik yekunlaşıb
12-02-2020, 10:54

Fevral 10-da tarixdə Şahmat Mərkəzində “Şahmat beynin gimnastikasıdır” devizi altında Naxçıvan şəhər ümumtəhsil məktəblərinin V-VI sinif oğlan şagirdləri arasında start verilən şahmat üzrə şəxsi birincilik 11 fevral 2020-ci il tarixdə yekunlaşmışdır.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Naxçıvan Şəhər Təhsil Şöbəsi, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər Şahmat Məktəbinin rəhbərlik etdiyi birincilikdə 17 tam orta məktəbdən ümumilikdə 51 şagird iştirak etmişdir. Qeyd edək ki, yarış “İsveçrə” sistemi ilə 5 turdan ibarət olaraq keçirilmişdir. Şəxsi xarakter daşıyan birinciliyin yekun nəticəsinə əsasən, 7 nömrəli tam orta məktəbin şagirdi Rza Həsənov I yerə, 7 nömrəli tam orta məktəbin şagirdi Məsud Rəhimli II yerə, 3 nömrəli tam orta məktəbin şagirdi Elçin İsmayılov isə III yerə layiq görülmüşlər.

Sonda yer tutan və fərqlənən şagirdlərə təşkilatçıların diplom və fəxri fərmanları təqdim olunmuşdur.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31