SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sədərək kənd 2 saylı tam orta məktəbdə maarifləndirici tədbir keçirilib

Sədərək kənd 2 saylı tam orta məktəbdə maarifləndirici  tədbir keçirilib
5-02-2020, 22:46

5 fevral 2020-ci il tarixdə Sədərək kənd 2 saylı tam orta məktəbdə Sədərək Rayon Polis Şöbəsi, Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi məqsədi ilə tədbir keçirilib.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, tədbirdə Sədərək Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektoru, polis baş leytenantı Qulu Quliyev, Gənclər və İdman İdarəsinin məsləhətçisi Məhəmməd Fizuli,Uşaq-Gənclər İdman Məktəbinin direktoru Nizami Bağırov və Sədərək kənd 2 saylı tam orta məktəbin müəllimi Həsən Rzayev çıxış edərək diqqətə çatdırıblar ki, bu gün muxtar respublikada yeniyetmə və gənclərin milli ruhda tərbiyəsi, onların hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği diqqət mərkəzindədir. Muxtar respublikada milli dəyərlərimizə, adət-ənənələrimizə sahib çıxan, geniş dünyagörüşlü, təhsilli və intelektli gənc nəsilin yetişdirilməsi də qarşıda duran əsas vəzifələrdəndir. Bu sahədə ardıcıl tədbirlər görülür, müasir məktəb binaları, ali təhsil kompleksləri istifadəyə verilir, müasir gəncliyin inkişafı üçün hərtərəfli şərait yaradılır. Muxtar respublikamızda həmçinin, gənclərin vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir, müxtəlif mövzularda tədbirlər keçirilir. Milli qəhrəmanlarımızın, şəhidlərimizin xatirəsi yad edilərək onların keçdiyi qəhrəmanlıq yolundan gənclərə ətraflı məlumat verilir, gənclərin muzeylərimizə, tarixi abidələrimizə ekskursiyaları təşkil edilir, filmlər nümayiş olunur.Yeniyetmələr də, keçirilən tədbirlərdə fəal iştirak etməlidi,öz asudə vaxtlarını səmərəli təşkil etmək üçün idmanla məşğul olmalıdırlar.Tədbirdə 35 nəfər yeniyetmə iştirak etmişdir

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031