SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Araz" kinoteatrında yeniyetmələr arasında fərdi “Xəmsə” Milli İntellektual Oyunu keçirilib

24-01-2020, 19:41

24 yanvar 2020-ci il tarixdə "Araz" kinoteatrında yeniyetmələr arasında fərdi “Xəmsə” Milli İntellektual Oyunu keçirilmişdir.
NAXCİVANXEBERLRİ.COM xəbər verir ki, oyunun keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir. Şahbuz Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkil etdiyi oyunda 16 nəfər yeniyetmə iştirak etmişdir. Gərgin keçən mübarizə nəticəsində Yusif Kazımlı I yerin, Məryəm Məmmədli II yerin, Fərid Kərimli isə III yerin qalibi olmuşlar. Sonda qaliblərə təşkilatçılar tərəfindən diplomlar təqdim olunmuşdur.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829