SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvan şəhərindəki Gənclik Mərkəzində “Xəmsə” Milli İntellektual Oyunu keçirilib-FOTO

Naxçıvan şəhərindəki Gənclik Mərkəzində “Xəmsə” Milli İntellektual Oyunu keçirilib-FOTO
23-01-2020, 20:15

23 yanvar 2020-ci il tarixdə Naxçıvan şəhərindəki Gənclik Mərkəzində Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında “Xəmsə” Milli İntellektual Oyunu keçirilmişdir.
NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, oyunun keçirilməsində məqsəd kursantların intellektual fəaliyyətə cəlb edilməsi, onların intellektual səviyyəsinin, dünyagörüşünün, zehni inkişafının stimullaşdırılması, asudə vaxtlarının səmərəli təşkili və intellektual oyunların kütləviliyinin təmin edilməsidir. 8 komandanın iştirak etdiyi intellektual oyunda yekun nəticəyə əsasən ən çox xal nominalı toplayaraq “Mübariz” komandası I yerə, “İstiqlal” komandası II yerə, “Vətən” komandası isə III yerə çıxmışdır. Sonda I, II və III yerləri tutmuş komandalara və komanda üzvlərinə Gənclər və İdman Nazirliyi tərəfindən kubok, diplom, fəxri fərman və oxunması zəruri olan kitablar, həmçinin Azərbaycan və dünya ədəbiyyatı nümunələri təqdim olunmuşdur. 40 nəfər kursantın iştirak etdiyi “Xəmsə” Milli İntellektual Oyunu Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan MR Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.


Naxçıvan şəhərindəki Gənclik Mərkəzində “Xəmsə” Milli İntellektual Oyunu keçirilib-FOTONaxçıvan şəhərindəki Gənclik Mərkəzində “Xəmsə” Milli İntellektual Oyunu keçirilib-FOTO
Naxçıvan şəhərindəki Gənclik Mərkəzində “Xəmsə” Milli İntellektual Oyunu keçirilib-FOTO
Naxçıvan şəhərindəki Gənclik Mərkəzində “Xəmsə” Milli İntellektual Oyunu keçirilib-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031