SON DƏQİQƏ

naxcivanxeberleri.com

824 müəllimin İKT-dən istifadə bacarıqları yoxlanılıb

824 müəllimin İKT-dən istifadə bacarıqları yoxlanılıb
30-01-2019, 13:55

Paytaxtdakı ümumi təhsil müəssisələrinin fənn müəllimləri və ibtidai sinif müəllimlərinin İKT-dən istifadə bacarıqlarının yoxlanılması üzrə qiymətləndirmə keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, qiymətləndirmədə 824 müəllim könüllü əsaslarla iştirak edib. Müəllimlər 40 dəqiqə vaxt ərzində 15 sualı cavablandırıblar.

Qiymətləndirmədə iştirak edən müəllimlər fevral ayından etibarən İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi tərəfindən İKT üzrə keçirilən təlimə cəlb olunacaq. Təlim həftədə üç dəfə olmaqla 15 gün davam edəcək.

Təlimin keçirilməsində məqsəd müəllimlərin İKT üzrə bilik və bacarıqlarını daha da təkmilləşdirmək, təhsilin bütün pillələrində İKT-dən daha səmərəli istifadə imkanlarını artırmaq, şagirdlərə İKT-dən düzgün istifadə vərdişləri aşılamaq üsullarını təlim iştirakçılarına ötürməkdən ibarətdir.



824 müəllimin İKT-dən istifadə bacarıqları yoxlanılıb
824 müəllimin İKT-dən istifadə bacarıqları yoxlanılıb
824 müəllimin İKT-dən istifadə bacarıqları yoxlanılıb

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30