SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universiteti Tibb fakültəsində elmi konfrans keçirilib-FOTO

Naxçıvan Dövlət Universiteti Tibb fakültəsində elmi konfrans keçirilib-FOTO
23-01-2020, 10:21

Naxçıvan Dövlət Universiteti Tibb fakültəsində “Müasir mərhələdə multukulturalizm” mövzusunda elmi konfrans keçirilib.

NDU-nun televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Universitetin rektoru Elbrus İsayev giriş sözü ilə çıxış edərək qeyd edib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan multukulturalizm azərbaycançılıq məfkurəsinin tərkib hissəsi kimi çox mühüm əhəmiyyətə malikdir. Azərbaycan xalqının həyat tərzinə çevrilən multikulturalizm eyni zamanda dövlət səviyyəsində də həmişə təbliğ olunur. Bu dəyərlərə önəm vermək sahəsində Azərbaycan dünya dövlətləri içərisində nəinki seçilib, beynəlxalq təşkilatlarda mövqeyinin möhkəmlənməsinə birbaşa təsir edib. Rektor artıq 2015-ci ildən universitetdə “Multikulturalizm” fənninin keçirilməsindən danışıb və qeyd edilib ki, Naxçıvan Dövlət Universiteti fənni tədris prosesinə seçmə fənn kimi daxil edən ilk universitetlərindən biridir.

“Fəlsəfə və sosial iş kafedrasının professoru, fəlsəfə üzrə elmlər doktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi Məmməd Rzayev bildirib ki, qlobal problemlərin həllində multukulturalizm mühüm rol oynayır. Ölkəmizdəki multikultural, tolerant mühitin üstünlüklərindən danışaraq, Azərbaycanın multikulturalizm sahəsində əldə etdiyi uğurların dünya dövlətləri, ölkəmizə gələn qonaqlar tərəfindən də etiraf edildiyi və yüksək qiymətləndirildiyi diqqətə çatdırılıb.

“Beynəlxalq münasibətlər” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Şamxal Məmmədov vurğulayıb ki, multukulturalizm anlayış olaraq yeni həyat tərzi və mahiyyət baxımından qədim tarixə malikdir. Qeyd edilib ki, Azərbaycanın multikulturalizm siyasəti sahəsində əldə etdiyi uğurlar dünya ölkələri tərəfindən etiraf olunur. Ölkəmiz multikulturalizm və tolerantlıq sahəsindəki təcrübəsi ilə tanınır.

“Fəlsəfə və sosial iş kafedrasının baş müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru” Bağır Babayev, “Azərbaycan tarixi kafedrasının müəllimi” Zamin Əliyev bildiriblər ki, multukulturalizm bu gün dünyada sivilizisayaların toqquşduğu qlobal problemlərin yer kürəsini çətin, gərgin vəziyyətə saldığı bir dövrdə Azərbaycan Respublikasının daxili və xarici siyasətində dövlət siyasəti kimi ifadə olunur və dövlət başçısı tərəfindən bu siyasət layiqincə həyata keçirilir.

Naxçıvan Dövlət Universiteti Tibb fakültəsində elmi konfrans keçirilib-FOTO
Naxçıvan Dövlət Universiteti Tibb fakültəsində elmi konfrans keçirilib-FOTO

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829