SON DƏQİQƏ

naxcivanxeberleri.com

DİM magistraturaya qəbulun hansı qaydada aparılacağına aydınlıq gətirib

DİM magistraturaya qəbulun hansı qaydada aparılacağına aydınlıq gətirib
14-01-2020, 14:50

Magistraturaya qəbul bakalavrın bir mərhələli qəbul imtahanından topladığı bal əsasında aparılacaq.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, yəni bakalavr müsabiqədə imtahandan topladığı bal əsasında iştirak edəcək.

Ümumi orta müvəffəqiyyət göstəricisindən (ÜOMG) isə müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox bakalavrı fərqləndirmək üçün əlavə göstəricilərdən biri kimi istifadə edilir.

Bir daha qeyd edək ki, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmaları və jurnalistika üzrə magistratura ixtisaslaşmalarından başqa qalan bütün ixtisaslaşmalara qəbul imtahanı bir mərhələdə - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsi nəzərdə tutulub.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarına və jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və qəbul imtahanındakı (məntiq, informatika, xarici dil) nəticələri Mərkəz tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar isə qəbul imtahanını verdikdən sonra Mərkəz tərəfindən elan edilən müddətdə qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanından “məqbul” qiymət alan bakalavrlar ixtisas seçiminə buraxılacaqlar.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ocak 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031