SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Müəllimlər İnstitutunda müşavirə keçirilib-FOTO

Naxçıvan Müəllimlər İnstitutunda müşavirə keçirilib-FOTO
14-01-2020, 09:30

Naxçıvan Müəllimlər İnstitutunda beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyasının yekunları, 2019-cu ildə Naxçıvan Müəllimlər İnstitutunda görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, İnstitutun prorektoru Azad Novruzov məruzə edərək bildirdi ki, ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında digər sahələrlə yanaşı təhsilə göstərilən diqqət və qayğı nəticəsində Naxçıvan Müəllimlər İnstitutunun formalaşdırılması, yüksək elmi-pedaqoji kadr potensialının artırılması, günün tələblərinə uyğun yeni ixtisasların açılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, beynəlxalq əlaqələrinin yaradılması və inkişaf etdirilməsi istiqamətlərində görülmüş işlər 2019-cu ildə də davam etdirilmişdir. 2018-ci ildə İnstitutun yeni tədris korpusunun tikilib istifadəyə verilməsi nəticəsində 2019-cu ildə tələbə qəbul planı artırılmış, üç yeni ixtisasa (İngilis dili müəllimliyi, Tarix müəllimliyi, Psixologiya) qəbul aparılmaqla bakalavr səviyyəsində kadr hazırlığı aparılan ixtisasların sayı on birə çatdırılmışdır. Yaradılmış şəraitə görə növbəti tədris ilində bakalavriat səviyyəsi üzrə qəbul planının 370-dən 430-a qaldırılması, əvvəlki ixtisaslarla yanaşı “Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, “İnformatika müəllimliyi”, “Musiqi müəllimliyi”, “Texnologiya müəllimliyi”, “Fizika müəllimliyi” ixtisasları da qəbul planının layihəsinə əlavə olunmuşdur. Növbəti tədris ilindən magistratura səviyyəsi üzrə də əvvəlki ixtisaslarla yanaşı “ Riyaziyyat müəllimliyi” və “Təsviri incəsənət müəllimliyi” ixtisaslarına qəbul aparılması planlaşdırılmışdır. İlk dəfə olaraq 2019-cu ildə Naxçıvan Müəllimlər İnstitutunda doktorant və dissertant hazırlığının aparılmasına icazə verilmiş, 5 ixtisas üzrə 10 yerə qəbul elan edilmişdir.
2019-cu ildə tədris işləri sahəsində görülmüş məqsədyönlü işlər nəticəsində payız və yaz semestrlərinin müvəffəqiyyət və keyfiyyət göstəriciləri arasında artım müşahidə edilmişdir. Pedaqoji təcrübələrin keçirilməsində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıq inkişaf etdirilmişdir.
2019-cu ildə elmi-tədqiqat və innovasiya fəaliyyəti sahəsində uğurlar əldə edilmişdir. Hesabat ilində 87 əməkdaş 87 mövzu üzrə elmi-tədqiqat işi aparmış, elmi-tədqiqat işlərinin yerinə yetirilmə vəziyyəti mütəmadi olaraq kafedralarda müzakirə edilmişdir. 2019-cu ildə institutut əməkdaşlarının çap olunan kitab, kitabça, monoqrafiya, məqalə, tezislərinin sayı ümumilikdə 384 olmuşdur. 2019-cu ildə elmi-metodiki məqalələrlə yanaşı əməkdaşların ənənəvi və elektron mətbuatda 200-dən artıq çıxışları olmuşdur. Hesabat ilində 5 respublika və regional səviyyəli konfrans keçirilmişdir. İnstitut səviyyəli elmi konfransların sayı 12 olmuşdur. Tələbələrin elmi-tədqiqat fəaliyyəti diqqətdə saxlanılmış, 149 tələbə TEC xətti ilə iş aparmış, aralıq və yekun konfranslar keçirilmişdir.
Məruzədə xarici əlaqələr, ixtisasartırma və yenidənhazırlanma, tərbiyə işləri, elmi və elektron kitabxananın fəaliyyəti və s. sahələrdə aparılmış məqsədyönlü işlər təsdiqedici slaydlarda müşavirə iştirakçılarının diqqqətinə çatdırıldı. Sonra içərisində milli-mənəvi dəyərlərin təbliği, ümumtəhsil məktəblərində nümunəvi dərslərin keçirilməsi, ümumtəhsil məktəbləri ilə əlaqələrin genişləndirilməsi, əməkdaşların ictimaiyyətlə əlaqələrinin genişləndirlməsi, tədrisin keyfiyyətinin artırılması, elmi araşdırmaların səmərəliliyinin artırılması, beynəlxalq proqram və layihələrdə iştirakı və s. özündə əks etdirən 2020-ci ilin iş planının müddəaları nəzərdən keçirilmişdir.
Müşavirədə elmi katib Qurban Qurbanlı, fakültə dekanları Arif Ağalarov, Rövşən Vəliyev və digərləri çıxışlar etdilər. Məruzə ətrafında çıxışlarla müşavirə öz işini başa vurdu.


Naxçıvan Müəllimlər İnstitutunda müşavirə keçirilib-FOTO
Naxçıvan Müəllimlər İnstitutunda müşavirə keçirilib-FOTO

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31